Məhərrəmin yeni şeirləri



Yüklə 3,87 Mb.
səhifə123/151
tarix05.01.2022
ölçüsü3,87 Mb.
#73700
1   ...   119   120   121   122   123   124   125   126   ...   151
AŞIQ İMRAN HƏSƏNOVLA

DEYİŞMƏ
Aşıq Məhərrəm Hüseynli
Saz da müqəddəsdi, söz də müqəddəs,

Ürəkdən kənara qoyulmaz qəti.

İlham, şücaətlə gəlir səs,həvəs,

Boşuna haqq sözlər deyilməz qəti.


Aşıq İmran Həsənov
Tanrı qismətidi, tale payıdı,

Bizlərə verilən duyumdu, qəti.

Qohumdu, qardaşdı, əmi, dayıdı,

Sənətim şənlikdi,toyumdu qəti.


Aşıq Məhərrəm Hüseynli
Sənin kimi sehrləşən ölməzdi,

Günəş kimi, ziyasıyla sönməzdi.

Öz andından,inadından dönməzdi,

Sınar polad sayaq, əyilməz qəti.

Aşıq İmran Həsənov
Şah sənətkar aşıb-daşıb sellənər.

Sənətiylə,söhbətiylə bəllənər.

Haqq sözüylə danışdırsan dillənər,

Ünvanım harayım, hoyumdu qəti.


Aşıq Məhərrəm Hüseynli
Məhərrəməm,Aşıq İmran dağdı, dağ,

Min il keçsə, ruhu ölməz sağdı, sağ.

Kimsə olmaz bu istəkdə bu sayağ,

Yoxsa bax bu qədər öyülməz qəti.


Aşıq İmran Həsənov
Aşıq gərək İmran kimi şux ola,

Sənin kimi sevənləri çox ola.

İstəyimdi namərd, nakəs yox ola,

Ariflər, alimlər tayımdı qəti.




Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin