Məhərrəmin yeni şeirləri



Yüklə 3,87 Mb.
səhifə133/151
tarix05.01.2022
ölçüsü3,87 Mb.
#73700
1   ...   129   130   131   132   133   134   135   136   ...   151

MƏMMƏD


(Dostum Məmməd İsmayıla)
Axıb-axıb şəlalətək duruldun,

Söz- söhbətin cəsarətin var, Məmməd.

Məhəbbətlə, sevgi ilə soruldun,

Günəş dolu hərarətin var, Məmməd.


Yada düşüb anılırsan sözünlə,

Haqq-kəlamlı doğrun ilə, düzünlə.

Gərəklisən nur tökülən üzünlə

Adətinlə hər şöhrətin var, Məmməd.

Baş qoşmadın yaltaqlara, axmağa,

Vərdişkarsan şimşək kimi çaxmağa.

Bənzəyirsən əl çatmayan bir dağa,

Təməlindən qeyrətin var, Məmməd.


Bir məktəbsən əməlinlə işinlə,

Qızıl zərsən yekliyinlə, şeşinlə.

Ad qazandın dırnağınla,dişinlə,

Hörmət ilə adətin var, Məmməd.


Səndə gördüm at keçməyən yolları,

Qucaq açdı türk oğlunun qolları.

Məhərrəməm, kənar etdin dolları,

Könül adlı sərvətin var, Məmməd.





Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin