MergedFile


Arxa intiqallı avtomobilin transmissiyası



Yüklə 1,03 Mb.
səhifə2/32
tarix10.01.2022
ölçüsü1,03 Mb.
#109455
1   2   3   4   5   6   7   8   9   ...   32
Arxa intiqallı avtomobilin transmissiyası

Transmissiyaya aşağıdakı hissələr aiddir:





  • İlişmə muftası

İlişmə muftasının əsas vəzifəsi avtomobilin yerindən tərpədilməsi və ötürmələrin dəyişdirilməsi üçün mühərriki transmissiyadan qısamüddətli ayırmaq və onları səlis birləşdirmək, “mühərrik-transmissiya” sistemini böyük dinamiki yüklərdən qorumaqdır.

İlişmə muftalarının aparan və aparılan hissələr arasındakı əlaqəyə görə aşağıdakı növləri var: sürtünməli, hidravlik və elektromaqnit.





Sürətlər qutusunun əsas vəzifəsi ötürmə ədədinin dəyişilməsi yolu ilə aparan təkərlərdə burucu momenti və avtomobilin hərəkət sürətini dəyişməkdir. Bununla bərabər o, avtomobilin arxaya hərəkət etməsinə imkan verir, dayanacaqlarda və ya avtomobilin öz ətaləti ilə hərəkəti zamanı mühərrikin işləməsi üçün dirsəkli valı aparan təkərlərdən uzunmüddətli ayırır.



  • Kardan ötürməsi

Kardan ötürməsinin vəzifəsi vallarının oxları vəziyyətini qarşılıqlı dəyişən və ya bir düz xətt üzərində yerləşməyən, aralarındakı məsafə dəyişən iki mexanizm arasında burucu momenti ötürməkdir. Ümumi halda kardan ötürməsi kardan oynaqlarından, vallardan, kompensəedici quruluşdan və aralıq dayaqdan ibarətdir. Kardan oynaqları oxları bucaq altında görüşən vallar arasında burucu momenti ötürmək üçün istifadə edilir. Bərabər və qeyri-bərabər bucaq sürətli kardan oynaqları var.





Baş ötürmənin vəzifəsi aparan təkərlərə ötürülən mühərrikin burucu momentini artırmaq və onların fırlanma sürətini lazımi həddə qədər azaltmaqdır. Əsas dişli çarx cütlərinin tipinə görə baş ötürmələrin aşağıdakı növləri var: sonsuz vint, konik, hipoid və silindrik. Baş ötürmənin bir dişli çarx cütü varsa o birqat, iki dişli çarx cütü varsa ikiqat adlanır.

Ümumilikdə avtomobilin əsas aqreqat və hissələri transmissiya aqreqatlardır. Transmissiyanın vəzifəsi mühərrikdən burucu momenti aparan təkərlərə ötürmək, həmçinin burucu momentin qiymətini və istiqamətini dəyişməkdən ibarət olduğu üçün bu aqreqatlar daha dərindən öyrənilməlidir. Bu fənndə yuxarıda sadalanan aqreqatların konstruksiyası və hesabat üsulları daha geniş araşdırılacaq.



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin