MergedFile



Yüklə 1,03 Mb.
səhifə32/32
tarix10.01.2022
ölçüsü1,03 Mb.
#109455
1   ...   24   25   26   27   28   29   30   31   32
Asılı ressor asqı (şәkil 5) körpüdәn vә uzununa yarım elliptik ressorlardan ibarәtdir. Adәtәn hidravlik amortizatorla tәmin edilir. Ressor asqısı sadә konstruksiyalıdır, etibarlılığı yüksәkdir, çox böyük yüklәnmәyә davam gәtirir vә buna görә dә yük avtomobillәrindә geniş istifadә edilir.

Yük avtomobillәri, qoşqu vә avtobusların әksәriyyәtindә asılı uzununa ressor asqısı istifadә edilir. Yük avtomobillәri vә avtobusların arxa asqısına düşәn yük daşınan yükün vә sәrnişinlәrin sayından asılı olaraq böyük hәdlәrdә dәyişә bilәr. Buna görә dә arxa körpünün ressor asqısının әsas ressorundan başqa әlavә ressoru – ressoraltısı olur. Әsas ressor xüsusi xamıtlar – sıxıcı bәndlәr vasitәsi ilә körpünün tirinә bәrkidilir. Ressorun ucları avtomobilin çәrçivәsinә xüsusi kronşteynlәrlә bәrkidilir.





Şәkil 5. Asılı ressor asqısı: 1 – amortizator; 2 – ressor; 3 – körpü

Ressor әyildikdә uzunluğu dәyişdiyi üçün uclarından biri çәrçivәyә nәzәrәn uzununa yerdәyişmә edә bilmәlidir. Bunun üçün yellәnәn sırğalı xüsusi kronşteynlәrdәn, sürüşkәn vә elastik dayaqlardan istifadә edilir. Ressoraltının vәrәqlәrinin sayı әsas ressorun vәrәqlәrinin sayından az olur. Orta hissәdәn, adәtәn әsas ressorun üstündәn onlar da körpünün tirinә bәrkidilir, onun ucları isә çәrçivәyә bәrkidilmir. Çәrçivәdә ressoraltının qarşısında dayaq kronşteynlәri yerlәşdirilir. Avtomobil yüklәnmәyibsә әsas ressor işlәyir. Müәyyәn yükdә әsas ressor elә әyilir ki, ressoraltının ucları kronşteynlәrә dirәnir vә ressorlar birlikdә işlәmәyә başlayır. Bu zaman asqının ümumi sәrtliyi artır.
Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin