56
yan süxurların maqnit həssaslığından on və yüz dəfələrlə azdır.
Şirin suyun donması nəticəsində əmələ gəlmiş buzun xüsusi
elektrik müqaviməti çox yüksək (10
5
-10
8
Om
⋅m), minerallaşmış
sulardan əmələ gələn buzların isə alçaqdır (10
2
-10
4
Om
⋅m).
Ona görə də süxurlar donarkən, onların
elektrik
müqaviməti adətən kəskin artır (-0,5 dən – 5
0
S-ə qədər
temperatur dəyişəndə), bəzən isə zəif dəyişir (-2-dən –10
0
S-ə
qədər temperatur dəyişəndə). Ana süxurların litoloji
tərkibindən, məsaməliyindən, sulanmasından, termik rejim
xüsusiyyətlərindən, buzluluğundan və kriogen quruluşun-dan
asılı olaraq, donarkən onların elektrik müqaviməti
on dəfədən
çox artmır. Xırda dispers qırıntı süxurlarda (gillər, gilli qumlar)
müqavimət 10-100 dəfə, iri dispers süxurlarda isə (qumlar, çaqıl
– çınqıllı çöküntülərdə) 100-1000 dəfə artır.
Donmuş və ərimiş süxurların elektrokimyəvi fəallığı (
α),
donuşluqaltı və donuşluqüstü suların iştirakı və hərəkətinin
təsirindən asılı olaraq, xeyli dəyişə bilər. Donmuş süxurların
yaradılmış polyarlaşma potensialının qiyməti donu açılmış
süxurlara nisbətən yüksəkdir və xırda dispers süxurlarda 2-3 %-
ə, buzda 10 % və iri dispers süxurlarda 15 %-ə çatır.
Suyun nisbi dielektrik keçiriciliyi
E
nis
=80, yəni bütün
süxur əmələgətirən minerallardakından bir tərtib çox olduğuna
görə (bu
qiymət buz üçün E
nis
≈3) süxurlar donduğu zaman,
onlarda donmamış suyun miqdarı azaldıqca, nisbi dielektrik
keçiriciliyi də azalır. Süxurlar donmuş vəziyyətə keçərkən
elastiki dalğaların sürəti (
V) artır. Buz üçün uzununa dalğanın
sürəti (
V
p
= 3500-4000 m/s) suya (
V
p
= 1450 m/s)
nisbətən
çoxdur. Iri dispers süxurlar donarkən
V
p
-nin qiyməti kəskin
surətdə artır (2-5 dəfə). Xırda dispers süxurlarda əksinə,
V
p
-nin
qiyməti tədricən artır ( ümumi artım 1,5-3 dəfə).
Ana süxurlar
donarkən, əgər onlar çatlıdırsa,
V
p
-nin qiyməti adətən 2 dəfədən
çox artmır, çatsız süxurlarda isə bu sürət, demək olar ki, heç
dəyişmir. Bu cür anoloji qanunauyğunluq eninə dalğaların
V
s
sürətinə də aiddir. Maraqlıdır ki, bütün donmuş süxurlar
V
s
/V
p
üçün nisbəti təxminən dəyişməzdir və 0,4-0,6 m/san təşkil edir
.
Donma – geofiziki kəsilişlər aşağıdakı əsas
xüsusiyyətləri
ilə xarakterizə olunur:
a) süxurların eyni litoloji komplekslərində temperatur,
buzluluq, kriogen quruluş dəyişməsinə baxmayaraq, fiziki
xüsusiyyətləri planda və dərinlikdə sabit olmaması;
b) qalınlığı 0,3-3,0 m olan illik temperatur dəyişkənliyi
qatında süxurların fiziki xassəsinin kəskin (məsələn, bir neçə
tərtib)
dəyişməsi, bu da süxurların «yay» və «qış» fərqlərinə
gətirib çıxarır;
v) qalınlığı 10-30 m olan illik istilik mübadiləsi
zonasında fiziki xüsusiyyətlərin sıçrayışla, bəzən isə tədriclə
artması;
q) çoxillik donuşluq çöküntülərinin
orta hissəsində
yüksək elektrik müqaviməti və sürətli elastik dalğalı zonanın
(çoxillik donuşlu süxurların qalınlığından 0,1-dən 0,3-ə qədəri
olan) olması;
d) çoxillik donuşluq süxurlarının alt hissəsində və donu
açılmış süxurların sərhədində.