istifadə edilir.
Ümumi axtarışlar zamanı distansion zondlama
materiallarının istifadəsi aşağıdakıları tərtib etməyə imkan verir:
1) landşaft –
indikasion xəritə; 2) hidrogeoloji rayonlaşdırmanın
xüsusi xəritələri; 3) yeraltı suların axtarışı üçün perspektiv olan
sahələrin xəritələri; 4) yeraltı suların dəqiq axtarışı üçün
tövsiyyə.
Distansion zondlama materiallarının
deşifrələnməsi dəqiq
axtarış işləri üçün məcburi elementlərdir. Deşifrələnmə
nəticəsində alınmış informasiya axtarış zamanı istifadə olunan
hidrogeoloji xəritələrin ümumi informativliyini artırır, yerüstü
nöqtəvi və profil müşahidələrini ərazidə hidrogeoloji şəraitlə
vahid şəkildə bağlamağa və yerüstü işlərin aparılmasını daha
effektiv planlaşdırmağa imkan yaradır.
Bu məsələlərin həllində, öyrənilən ərazidə əsas
sahələri
və regional profilləri səmərəli yerləşdirməyə imkan yaradan
distansion zondlama materiallarının çöl işlərinə başlamazdan
əvvəlki deşifrələnməsi böyük əhəmiyyət kəsb edir.
Landşaftın fizionomik komponentlərinin formalaşma-sına
fəal təsir göstərən, səthə yaxın yeraltı suların hidroin-dikasiyası
çox vaxt kök sisteminin bitki – hidroindika-torlarının
dərinliyinə getməsi ilə təyin edilir. Burada
deşif-rələmə nisbətən
yaxşı işlənmiş geobotaniki, geomorfoloji və kompleks landşaft
indikatorları sisteminə əsaslanır. Kök sisteminin sərhəddindən
təsir göstərməyən yeraltı suların hidroindikasiyası, yeraltı
suların minerallaşmasına təsir edən atmosfer çöküntülərinin
infiltrasiyasının qiymətləndirilməsinə əsaslanır.
92
Bu cür qiymətləndirmə infiltrasiyaya və yerüstü axımların
əhəmiyyətini artıran müvəqqəti su axımları şəbəkəsinin
sıxlaşmasına kömək edən relyefin mənfi formalarının
aşkar
edilməsi hesabına aparılır. Səthdən sukeçirməyən laylarla
ayrılan təzyiqli suların hidroindikasiyası birbaşa deyil, dolayı
yollarla aparılır (distansion zondlama materiallarında ayrılmış
tektonik strukturların çöküntülərinin infiltrasiyasına və yeraltı
axımın süzülməsinə təsirinin nəticələrinə görə).
Həm platforma, həm də qırışıqlıq əyalətlərin yeraltı
sularının hərəkətinə xüsusi təsir göstərən geoloji strukturların
dizyunktiv elementləri distansion zondlama materiallarında
llineament və ya onların sistemləri kimi dəqiq deşifrə olunur.
Qırılmaların hidrogeoloji rolu, onlara iri yeraltı su çıxışlarının,
yüksək su sərfli quyuların meyl etməsi və yeraltı sularla
qidalanan yerüstü axımların olması ilə təyin edilir.
Həndəsi
(uzanması, eni, uzanma azimutu), struktur (kinematika,
amplitud), landşaft (bitki örtüyünün paylanması və
hidroşəbəkənin şəkli ) və deşifrələmə (foto rəng - ahəng)
əlamətlərinin kompleks analizi hidrogeoloji məqsədlər üçün
məlumatların alınmasına imkan yaradır.
Bir çox hallarda distansion zondlama materiallarının
məlumatları əsasında qırılmaların qarşısını kəsən və onları
başqa istiqamətə yönəldən sahələri aşkar etməyə və dərində
yerləşən sulu komplekslərin (artezian hövzələri) yayılma
sərhədlərini dəqiqləşdirməyə imkan verir.
Dizyunktiv pozulmaların hidrogeoloji rolunun
qiymətləndirilməsi müasir geologiyanın əhəmiyyətli,
ümumi
nəzəri