uğurların başlanğıcı hesab edilməlidir. Bazar münasibətlərində təsərrüfatla bağlı
olan subyektiv xərclər plan maya dəyərinə daxil edilməməlidir. Ona görə ki, bu
zaman müəssisə rəqabəti davam gətirə bilməz. Deməli, şərait dəyişməli və
55
iqtisadiyyatında qiymətlər sabit xarakter daşımadığı üçün bu hal öz təsirini plan
maya dəyərində də göstərə bilər. Maya dəyərini planlaşdırdıqda bezən xərc
maddələri (normativi omayan) keçən ilin faktiki məsrəflərinə əsaslanır. Burada
belə bir nəticəyə gəlmək olar ki, keçən illərdə əgər təsərrüfatsızlıq hesabına artıq
xərclərə yol verilmişdirsə, o xərclər qanunlaşaraq plana daxil edilir. Maya
dəyərinin çatışmayan cəhətlərindən bırı olan məhsulun keyfiyyətinin əks
edilməməsidir. Bazar münasibətlərində maya dəyərinin planlaşdırılması standart
xərclərə uyğunlaşdırılmalıdır. Yəni maya dəyəri planını şəraitə deyil, şəraiti
standart xərclərə uyğunlaşdırmaq lazımdır. Maya dəyəri üzrə bu çatışmayan cəhəti
aradan qaldırmaq üçün təhlil zamanı məsrəflərin ödəniş əmsalından istifadə edilə
bilər. Məsrəflərin ödənişi müəyyən dərəcədə çatışmayan cəhəti aradan qaldırır.
Yəni məsrəf artarsa, ona məsrəfverimi göstəricisi ilə nəzarət etmək olar.
Maya dəyərinin planiaşdırılmasının düzgün olmasını yoxlamaq üçün birinci
növbədə maya dəyəri ilə əlaqədar olan nəzərdə tutulmuş tədbirlərin əsaslı
olmasını öyrənmək lazımdır. Sonra isə bu tədbirin maya dəyərinə bir amil kimi
təsir etməsi təhlil olunmalıdır.
Qeyd etmək lazımdır ki, bu və ya digər tədbirlərin həyata keçirilməsi öz əksini
maya dəyərinin ayrı-ayrı xərc maddələrində tapır. Ona görə də maya dəyərinin
əsaslı olmasını yoxladıqda onu ümumi şəkildə deyil, həm də xərc maddələri üzrə
təhlil etmək lazımdır.
Maya dəyəri planının əsaslı olmasını yoxlamaq üçün texniki-iqtisadi
göstəricilərdən də istifadə edilməlidir. Bu göstəricilər imkan verir ki, maya dəyəri
üzrə ehtiyat mənbələri daha konkret aşkara çıxarılsın. Maya dəyərinin əsaslı
olmasını təmin etmək üçün ilk növbədə iş normaları nəzərdən keçirilməlidir.
Məlumdur ki, müəssisələrdən iş şəraiti yaxşılaşdıqca fəhlənin yerinə yetirdiyi işin
miqdarı, həcmi artır. Beləliklə də fəhiə bir iş növbəsində bəzən iki iş normasını
yerinə yetirir. Plan maya dəyərinin əsaslı olmasını təmin etmək üçün iş
normalarının optimal olması mühüm şərtlərdən biridir.
Təcrübə göstərir ki, müəssisələrdə bəzi iş növlərinin yerinə yetirilməsi
texnika vasitəsilə mümkün olduğu halda, onun icrası əl əməyi ilə planlaşdırılır.
56
Nəticədə mövcud olan ehtiyat mənbəyi səfərbər edilmir. Doğrudur, standart maya
dəyərinin planlaşmasına keçildikdə bir sıra məsələlər avtomatik həll ediləcəkdir.
Unutmaq olmaz ki, standart maya dəyəri son hədd deyildir.
Plan maya dəyərinin əsasli olmasına qiymət vermək üçün gərginlik
əmsalından da istifadə edilə bilər. Burada iki göstərici müqayisə edilməlidir.
Bunlar plan məhsulu keçən ilin faktiki maya dəyəri ifadəsindən və plan məhsulu
pian maya dəyəri ifadəsindən ibarətdir. İki göstərici arasında olan fərq məhsulun
maya dəyərinin keçən ilin faktiki maya dəyərilə müqayisədə aşağı salınmasını əks
etdirir. Bu fərq həm mütləq, həm də nisbi rəqəmlərlə ifadə oluna bilər. Ümumi
şəkildə plan maya dəyərinin əsaslı olmasını yoxlamaq üçün aşağıdakı cədvəldən
istifadə etmək olar (cədvəl 3.1)
Dostları ilə paylaş: