mənfəət təsiri müəyyən edilməlidir. 1 manatlıq əmtəəlik məhsula məsrəflərin
dəyişməsinin məhsul satışından əldə olunan mənfəətə təsirini hesablamaq üçün 1
manatlıq əmtəəlik məhsula faktiki məsrəflərin plana nisbətən kənarlaşmasının
78
Təsərrüfat fəaliyyətini təhlil etdiyimiz müəssisədə 1 manatlıq əmtəəlik
məhsula məsrəflərin 0,7 qəpik yüksəlməsinin mənfi təsiri nəticəsində nəzərdə
tutulduğuna nisbətən 152,3 min manat (0,7x21760:100) məbləğində az mənfəət
götürülmüşdür. Məhsul buraxılışı planından 410 min manat (21760-21350)
artıqlaması ilə yerinə yetirilməsi və plan üzrə 1 manatlıq əmtəəlik məhsula görə
20,6 qəpik (100,0-79,4) mənfəət əks edilməsi sayəsində müəssisə üzrə 84,5 min
manat (20,6x410:100) məbləğində əlavə mənfəət götürülmüşdür. Bu da 1
manatlıq əmtəəlik məhsul məsrəflərin yüksəlməsi hesabına yaranan zərəri (152,3
min manat) 84 min manat azaldaraq cəmi zərəri 67,8 min manata (152:3-84,5)
endirilmişdir.