AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
50
qəzəbindən qoruya bilmişdi. Dünya tarixində ən güclü natiq kimi məşhurlaşan
Demosfen bütün ömrünü vətəninə həsr etmiş və onun azadlığı uğrunda mübarizədə
həlak olmuşdur. Ölümündən 42 il sonra 280-cı ildə Afinada Demosfenin heykəli
ucaldılmışdı. Lakin burada bir şeyi unutmamalıyıq ki, hər adam rəssam, bəstəkar,
heykəltaraş, şair ola bilmədiyi kimi, natiq də ola bilməz. Natiq olmaq üçün də fitri
qabiliyyət-istedad lazımdır, zəngin dünyagörüşünə malik olmaq vacibdir. Amma
hər adam yox, istedadı olan şəxs öz üzərində ciddi çalışmaqla bu sənətin sirlərini
dərindən öyrənərsə natiq ola bilər.
Natiqlik sənəti Yunanıstan mərhələsindən sonra Roma dövrünə qədəm qoyur.
Eramızdan əvvəlki son yüzillikdə Roma Yunanıstanı işğal etməklə Ellin
mədəniyyətinə də yiyələnir. Xüsusən humanitar elmlər estafetini qəbul edən
Romanın filosof, alim və ictimai xadimləri poetika, qrammatika və ritori- kanın
nəzəri problemlərini sistemləşdirirlər, natiqlik sənətinin incəliklərini və onlara
yiyələnmək yollarını bütün incəliklərinə qədər izah və şərh edirlər. Mark Tulli
Siseron (e.ə. 106-43), Qay Yuli Sezar (e.ə. 102-44), Mark Yuni Brut (e.ə. 85-43)
və başqa alim və ictimai xadimlər Roma natiqlik sənətini bütün dünyada
şöhrətləndirirlər.
Məşhur şərkərdə, natiq, dövlət xadimi, 49, 46, 44-cü illərdə dövlət başçısı
seçilmiş Qay Yuli Sezar Romanın öz başçılığı altında elm qanunlarına uyğun
dövlət olmasına çalışmış, müharibələrdə çox qanlar axıtmış və qalib gəlmişdi. Bu
aman- sız diktator “Hall müharibəsi haqqında qeydlər”, “Vətəndaş müharibəsi
haqqında qeydlər” adlı əsərlərində dövlətin rolunu cəmiyyətlə bağlamaqla yox,
dövlət başçısının istəyi ilə qurmağı əsaslandırırdı. Yuli təqvimi islahatını həyata
keçirmək üçün öz təklif və göstərişlərini vermişdi. Onun məhkəmələrdə vəkil kimi
çıxışları stenoqramlaşdırılmış, indi də ilk nümunələr kimi saxlanılır və öyrənilir.
Demokratik fikirli ziyalı, siyasi xadim, yaş fərqlərinə baxmayaraq Qay Yuli Sezar
və digər senatorlarla neçə illər dostluq etmiş Mark Yuni Brut natiqlik sənətinin
sirlərini mükəmməl öyrənmiş, görkəmli natiq olmuşdur.
Antik dövrün ən məşhur natiqi, yazıçı, vəkil və görkəmli siyasi xadimi Mark Tulli
Siseron özünün “Natiqlik haqqında”, “Brut, yaxud məşhur natiqlər haqqında” və
“Natiq” traktatlarında natiqlik sənətinin tarixi, üslubiyyat və nitq mədəniyyəti
AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
51
məsələlərinin geniş izahını vermişdir. Roma natiqlik məktəbinin parlaq ulduzu
Siseron iki suala cavab axtarırdı:
1. Kimə natiq demək olar?
2. Hər adam natiq ola bilərmi?
Eyni zamanda “Nəyi demək?”, “Harada demək?” və “Necə demək?” sualları da
onu düşündürürdü.
Siseron nitqin qarşısında isə üç tələb qoyurdu:
1. Nitq öyrətməli, bilik verməlidir;
2. Nitq dinləyiciyə güclü müsbət təsir göstərməlidir;
3. Nitq söyləniləndə qulaq asanlara ləzzət verməlidir, həzz mənbəyi olmalıdır.
Siserona görə: “Şairlər anadan şair doğulurlar, natiqlər isə ictimai-siyasi həyatda
sonradan yetişirlər”. “Əsl natiq o şəxsdir ki, adi işlər haqqında sadə, böyük işlər
haqqında əzəmətlə, orta səviyyəli işlər barədə isə yuxarıdakılar arasında orta
mövqe tutan bir üslubda danışmağı bacarır”. Natiq öz zəhməti ilə elm və
mədəniyyət , təlim və tərbiyə məsələləri ilə bağlı kitablardan bilik və məlumat
toplamalı, nitqi gözəlləşdirən, onun təsir gücünü artıran, insanlara əsl insani
keyfiyyətlər bəxş edən, onları kamilləşdirən fikirləri aşılamalıdır. O, “Natiq
haqqında” əsərinin birinci hissəsində qeyd edir ki, natiq olmaq üçün birinci və ən
zəruri şərt ona təbiətin bəxş etdiyi istedaddır. Axı natiq olmaq üçün dərin zəka və
həssaslıq tələb olunur. Siseronun fikrincə, əgər istedad insanın gözəlliyidirsə, bu
gözəlliyin rəngi natiqlikdir. Deməli, xüsusi istedad sahibləri natiq kimi yetişə bi-
lər və bu sənəti zirvəyə qaldıra bilərlər. Hər adam natiq ola bilməz! Topladığı
faktik materialları, müşahidə etdiyi hadisələri, zərurətdən doğan rəqəmləri, nəzəri
ədəbiyyatdan götürdüyü mülahizələri və s. yadda möhkəm saxlamağı, yeri gəldikcə
onlardan məharətlə istifadə etməyi bacarmaq böyük hünərdir. Ancaq müdrik adam
həqiqi natiq ola bilər. Həqiqətən də natiqlik gözəllik haqqındakı elmlərə əsaslanır.
Müdriklik və hazırcavablığı yüksək qiymətləndirən Siseron deyirdi ki,
dinləyicilərin yorğunluğunu aradan qaldıran, məqamına düşən mənalı zarafatlar da
müdriklik əlamətidir. Həqiqi natiq öz müdrikliyi və dinləyicilərə güclü təsir
göstərmə məharəti ilə təkcə nüfuz qazanmır, həm də vətəndaşlara, dövlətə fayda
verir, uğurlar gətirir, səadət bağışlayır.
|