Vaqif Bayatlı Odərin (1948) poeziyası. Vaqif Bayatlı şeirlərində lirik-fəlsəfi düşüncənin olması. Vaqif Bayatlı poeziyasının daha çox minor motivlər üstə köklənməsi. Vaqif Bayatlı Odərin şeirlərində, hissin, duyğunun daha çox səmavi duyğulara, məhəbbət ovqatına köklənməsi. Şairin metafizik mahiyyətə enməsi, insan-Tanrı münasibətlərini çağdaş poetik mətnə gətirməsi.
Anarın yaradıclığı (1938).Anar yaradıcılığının çoxşaxəliliyi, zəngin janr xüsusiyyətlərinə malik olması. Ədəbiyyata hekayə gəlişi və geniş oxucu kütləsinin marağını qazanması. Anar yaradıcılığında povest janrının əhəmiyyətli yer tutması. “Dantenin yubileyi” povestində cəmiyyətdə və sənətdə yerini tapa bilməyən insanın ağrı və əzablarının ifadə olunması. “Əlaqə” povesti elmi-fantastik janrın uğurlu nümunələrindən biri kimi. Yazıçının “Macal” povestində insan və zaman amilinin orijinal bir formada ifadə etməsi. “Otel otağı” povestində müstəqillikdən sonrakı dövrün hadisələrinin əks olunması. “Beşmərtəbəli evin altıncı mərtəbəsi”-“Ağ liman” povestinin davamı kimi. Yazıçının “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanında ekzistensial problemlərin əks olunması. Anarın “Ağ qoç, qara qoç” romanı- postmodernist roman nümunəsi kimi. Yazıçının dramturgiya yaradıcılığı. Anarın publisistikası.