Qum ruhaniliyin mərkəzidir. Elmi hövzə Qumdadır, amma hövzə mənsubları əslində bütün ölkənin sakinləridir. Qumda yaşayan bu hövzə tələbəsi öz şəhərində, kəndində nüfuzlu şəxsdir. Onlar bütün ölkədən buraya toplaşmışlar. Bu hövzənin adamlarının tətillərdə, yaxud hansısa bir münasibətlə evlərinə getmələri hövzənin bütün ölkəyə səpələnməsi deməkdir. Deməli, burada hansısa fikir, ideya, iradə, hərəkət və istiqamət olsa, əslində bütün ölkədə mövcud olacaq. Bunu əcnəbilər anlamırlar; amerikalılar bu həqiqəti təhlil edə bilməzlər. Bunu özümüzünkü, bir iranlı, ruhaniliyin xisləti ilə tanış olan bir şəxs anlaya bilərdi. Bunu onlara öyrətdilər. Bu məqsədlə Qumda çaxnaşma yaratmağa çalışdılar. Mən ad çəkmək istəmədiyimdən bunun üzərindən keçirəm.