İkinci hissə: Elmi nümunələr tərəfindən irəli sürülən mövzuların araşdırılması
Deyilən istək və arzuların reallaşmasının lazımlığı
Cənabların buyurduğu bu məsələlərin hamısı lazımi məsələlər idi. Mən onların başlıqlarını qeyd etdim. Həqiqətən bu məsələlərin heç biri az əhəmiyyətli məsələ deyildi; bəziləri olduqca əhəmiyyətli idi, bəziləri də əhəmiyyətli.
İstək və arzuların reallaşmasının şərtləri
1. Əməldə ixlas
Əvvəla ixlaslı olmasaq, Allah yolunda çalışmasaq, Allah üçün işləməsək, nəfsimizin istəklərindən və dünyagirliyimizdən irəli gələn problemləri tərk etməsək, bu istək və arzuların - onların çoxu arzu idi - həyata keçməsi mümkün olmayacaq; kiçik məsələlərdən ötrü bir-birimizin yaxasını tutsaq, müxtəlif dəstələr yaratsaq, heç bir şey olmadan hay-küy salsaq, bəllidir ki, bu arzulara çatmayacağıq və bu böyük işləri görməyə vaxt qalmayacaq.