Başqa bir məsələ elmi özünəinamdır. Hövzə, hövzə alimləri və hövzə tələbələri elmi özünəinama nail olmalı və özlərinə güvənməlidirlər. Bu çox böyük əhəmiyyətə malikdir. Nəzərlərin toqquşmasında, elmi hərəkətin keyfiyyətində və hövzənin dəyər dərəcələrində elm ən üstün meyar olmalıdır. Əlbəttə, təqva, mənəviyyat, zahidlik, Allah qorxusu və bu kimi məsələlər üstün və uca dəyərlərdir, lakin bunlar obyektiv reallıqlar və bilinəsi məsələlər deyil. Çoxları bu xüsusiyyətlərə malikdirlər, amma biz onları tanımırıq. Elm isə sınanır, göz önündə və çərçivə daxilindədir.