Bütün hövzə elmlərində mütəxəssislərin elmi məqamına diqqət
Nə eybi var ki, hövzənin böyük alimlərindən kimlərsə təbliğat fənnini, bugünkü qəribə dünyada və cənab Kəbinin dediyi kimi, gələcəkdəki daha qəribə dünyada təbliğatın xüsusiyyətlərini tədris etsinlər. Müxtəlif fənlərdə müəllimlərimiz olsun, onların elmi məqamı qorunsun. Belə olmasın ki, kimsə fiqhin müəyyən bir dərəcəsinə yüksələn kimi cəmiyyətdə möhtərəm sayılsın, amma fəlsəfədə ən üstün dərəcəyə yüksələn şəxsə onun qədər hörmət göstərilməsin. Belə deyil. Bu da elmdir, İslam elmidir, hövzənin ehtiyacı olan elmdir.