Müəllimlər də bu məsələyə diqqət yetirsinlər. İndi hövzədə imtahan vaxtıdır. Bu çox lazımlı və yaxşı bir şeydir... Lakin bunun müəllimin dərsdə imtahan götürməsi ilə ziddiyyəti yoxdur. Siz dərsin ilk on dəqiqəsini tələbələrdən soruşmağa ayırın... Xüsusən orta pillə dərslərində tələbəni bu düşüncəyə vadar etmək çox mühüm məsələdir.
13. Mətnləri əzbərləmək yerinə başa düşməyə çalışmaq
Tələbə orta pillənin hər bir dərsini oxumalı və anlamalıdır. Bu mətnlərin dərkinə çalışmaq lazımdır. Əzbərçilik yerinə dərindən mənimsəmək, düşünmək və mətləbi tədqiqi mənimsəməkdən ibarət olan məqsədin həyata keçməsi üçün təkrarlamaq... Bildiyiniz kimi, (hövzənin ilk kitabı olan Sərfi-Mir) "Bil ki, Allah sənə kömək olsun" cümləsi ilə başlayır. Məşhur idi, deyirdilər ki, nə üçün burada "oxu" yox, "bil" deyilmişdir. Məqsəd budur ki, əvvəla tələbədə sual vermək hissini dirçəltsin; sonra da onu başa salsın ki, oxumaq məqsəd deyil, bilmək məqsəddir. Bu, bizim proqram hazırlayanlarımız üçün həqiqətən ümumi bir prinsip olmalıdır.