Bu əzəməti İran xalqına kim verdi? Birinci növbədə bizim bu əziz şəhidlərimiz - bu zeynəddinlər, bu sadiqilər, bu vəkililər, bu heydərianlar. Bunlar bu inamı dildə yox, əməldə göstərdilər. Şəhid Heydərian Qum şəhərindən azsaylı bir dəstə ilə ayağa qalxıb Kürdüstana gedəndə, düşmənlə vuruşanda İran xalqı çox yalqız idi; bütün Qərb düşərgəsi bizim qarşımızda dayanmışdı; bütün beynəlxalq imkanlar bizim əleyhimizə təchiz olunmuşdu. Bir neçə gənc Qumdan, bir neçə gənc başqa bir şəhərdən... Bütün kənd və şəhərlərdən cəbhəyə yollanan gənclər Allahla alış-verişə inandıqlarını əməldə göstərdilər: "Allah, şübhəsiz ki, Onun yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş cənnət müqabilində satın almışdır". Allahın vədi doğrudur. Birinci sırada bizim şəhidlərimiz, fədakarlarımız durur. Müharibə əlilləri bizim rəhbərlərimiz, bu haqq cəbhəsinin avanqardları oldular, şəhadətə və Allahla alış-verişə inamı əməldə göstərdilər.