Bu gün hövzə dünyanın müxtəlif fəlsəfə, fiqh və kəlam məsələlərindən kənarda qalmamalıdır... Nə kənarda qalmalıdır, nə də bitərəf olmalıdır; bunların hər ikisi zərərlidir. Yeni düşüncə lazımdır. Dünyada sel kimi meydana çıxan müxtəlif ehtiyaclara cavab verilməlidir. Siz onlara cavab hazırlamalısınız... İslam epistemologiyasının, İslamın iqtisadi və siyasi doktrinasının, onların əsasını təşkil edən fiqh və hüquq nəzəriyyələrinin, təlim və tərbiyə sisteminin, əxlaqi, mənəvi və digər məfhumların izahı dəqiq, elmi, qaneedici və dünyanın geniş yayılmış düşüncələrinə hesablanmış şəkildə hazırlanmalıdır. Bu, hövzələrin işidir.