Agahlıq Yolu təyin etməkdə agahlığın rolu
Yolu təyin edən agahlıqdır. Bu möhtərəm və əziz zabit çox haqlı olaraq dedi ki, Bəsic üzvləri mürəkkəb şəraitlərdə öz zehinlərində, düşüncə və şəxsiyyətlərində zəriflik yaradıb tanımağı bacardılar. 2009-cu ilin hadisələri bunu göstərdi. Çoxlarının səhv etməsi mümkün idi, səhv etdilər də; baxmayaraq ki, onların əksəriyyəti tez bir zamanda səhvlərini düzəltdilər. Amma əzəmətli Bəsic bu agahlıq meyarını və agahlıq bayrağını qorudu və səhvə düşmədi.
Haqqı batildən ayırmaq üçün haqqı tanımağın lazım olması
Əmirəl-möminin (ə) buyurmuşdur: "Haqq insanlarla tanınmır". Haqqı şəxsiyyətlərlə tanımaq olmaz. Hörmətli və tanınmış bir şəxsiyyətdir; məqbul və möhtərəmdir. Amma o, haqqın meyarı ola bilməz. Bəzən hörmətli şəxsiyyətlər, məsələn Peyğəmbərin (s) bəzi səhabələri yolu yanlış gedirlər, səhv edirlər. Haqqı tanımaq və yolu seçmək lazımdır ki, hansısa şəxsin haqq, yaxud nahaq olduğunu bilək. Kim bu yolu getsə, haqdır; kim haqq yolu ilə getməsə, nahaqdır. Haqqı tanımaq lazımdır. Bəsicin bayrağı altına toplaşmış mömin gənclər bu agahlığı göstərdilər, agah olduqlarını nümayiş etdirdilər. Agahlıq birinci şərtdir. Gələcəkdə də belə olmaq lazımdır.
Təhlil və seçim qabiliyyəti əldə etmək lazımdır. Bütün bu işlərin banisi, cəmiyyətin və bu əzəmətli hərəkətin üzərində həyat haqqı olan imam buyurdu ki, mən İslamdan ayrılsam, xalq məndən üz çevirər. Meyar İslamdır, şəxslər deyil. Bu, imamın sözüdür. O bizə öyrətdi ki, yolu təyin edək, düzgün hərəkəti təyin edək, düşmənin planını anlayaq, oxuyaq və hansı işin düşmənin xeyrinə, hansı işin isə onun zərərinə olduğunu bilək. Deməli, agahlıq birinci şərtdir; onu unutmaq olmaz.
Dostları ilə paylaş: |