Düşmən özünün informasiya vasitələrində daim deyir ki, iqtisadiyyat çöküb, çıxılmaz vəziyyət yaranıb, çoxlu problemlər var, sabah filan olacaq və sair. Bəzi adamlar da bu sözlərə inanır və onları daxildə təkrarlayırlar. Çaxnaşma zamanı öz imtahanlarını verən bəzi şəxslər seçki və iğtişaşlardan öncə bizə müraciət edirdilər ki, ağa, gələn il, yəni 2009-cu il çətin il olacaq, iqtisadi vəziyyət belədir, elədir; şəraiti ağır, qaranlıq, problemli və çıxılmaz göstərirdilər; məmurları bir formada ümidsiz etmək istəyirdilər, xalqı başqa bir formada. Bu təbliğat onların məmurların və xalqın bu əzəmətli və sürətli hərəkətindən geri qaldıqlarını göstərir. Deməli, düşmənin məqsədi bilindikdə insanın reallığa baxışı düzgün və təsirli olur.