Fərdi üslub digər funksional üslublarda da özünü göstərə bilir. Belə ki, elmi, publisistik, məişət üslublarında da nitq fərdiliyi müəyyən qədər olur. Rəsmi – işgüzar üslubda fərdilik , demək olar ki, yoxdur.
Fərdi üslub dövrlə də bağlıdır. Belə ki, S. Vurğunun 30 – cu illərdə yazdığı əsərlərin dili ilə 50 – ci illərdəki əsərlərinin dili, ifadə tərzi fərqlidir.
Fərdi üslubu mövcud ictimai – tarixi şərait yaradır.