Мөһсин Гәраәти



Yüklə 8,7 Mb.
səhifə41/98
tarix22.10.2017
ölçüsü8,7 Mb.
#11409
1   ...   37   38   39   40   41   42   43   44   ...   98

Bildirişlər


1. Peyğəmbərlər də ilahi sınağa çəkilir.

2. İnsanı hər hansı məqama tə’yin etməzdən qabaq onu sınağa çəkmək lazımdır.

3. İmamət vərəsəliklə çatmır. Bu bir ləyaqətdir. Uyğun ləyaqət ilahi imtahanlardan üzüağ çıxmaqla sübut olunur.

4. Məqam və məs’uliyyətlər hansısa mərhələlərdə müvəffəqiyyətdən sonra tədrici olaraq həvalə olunmalıdır.

5. İmamət çox geniş ilahi məqamlardandır. İmam hökmən Allah tərəfindən tə’yin olunmalıdır.

6. İmamət ilahi əhddir. Allahla xalq arasında bu əhd həmişə olmalıdır.

7. Rəhbər üçün ən mühüm şərt ədalət və müsbət keçmişdir. Keçmişdə şirk və zülmə yol vermiş insan imamət məqamına layiq deyil.
125. ﴿وَإِذْ جَعَلْنَا الْبَيْتَ مَثَابَةً لِّلنَّاسِ وَأَمْناً وَاتَّخِذُواْ مِن مَّقَامِ إِبْرَاهِيمَ مُصَلًّى وَعَهِدْنَا إِلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ أَن طَهِّرَا بَيْتِيَ لِلطَّائِفِينَ وَالْعَاكِفِينَ وَالرُّكَّعِ السُّجُودِ

(Xatırla) o zaman ki, Evi xalq üçün üztutma və yığışma məhəlli, əmin-amanlıq mərkəzi qərar verdik. (Dedik:) "İbrahimin məqamından namaz üçün bir yer seçin." İbrahim və İsmailə təklif etdik ki, Bizim evimizi təvaf edənlər, mö’təkiflər (üç gün məsciddə oruc halda ibadət edənlər), rükuda olanlar və səcdə edənlər üçün pak etsinlər.”


Nöqtələr


◘Ötən ayələrdə İbrahimin uca məqamına işarə olunduqdan sonra onun yadigarı Kə’bə yada salınır və buyurulur: “Kə’bəni xalq üçün “məsabə” qərar verdik. Bu sözün kökü ilkin hala qayıdış mə’nasını daşıyır. Kə’bə bütün xalqın üz tutduğu məhəldir və bu müqəddəs məhəl əmin-amanlıq içindədir.

◘“Məqame-İbrahim” adlanan yer Kə’bənin təqribən on üç metrliyindədir. Hacılar Allah evini təvaf etdikdən sonra bu məqam arxasında iki rək’ət namaz qılmalıdırlar. Həmin yerdə bir daş vardır. Həzrət İbrahim həmin daşın üstünə çıxıb Kə’bənin divarlarını qaldırmışdır. Hal-hazırda da bu daş qorunur.

◘Bu ayədə əhd sözü ilahi göstəriş mə’nasını dayışır. “Əhidna” yə’ni göstəriş verdik.

◘Allah cisim deyil ki, evə ehtiyaclı olsun. “Bəytiyə” sözü kəramət bildirir. Necə ki, “şəhrullah” sözü ramazan ayının kəraməti ilə bağlıdır. Bir yerə və ya zamana kəramət vermək üçün Allah onu Özünə aid edir. Kə’bənin əzəməti haqqında təkcə bunu demək kifayət edir ki, “bəytiyə,” yə’ni Mənim Evimdir.” Bə’zən isə belə buyurulur: “Bu evin Allahı.”


Bildirişlər


1. Həzrət İbrahim ümumbəşəri bir şəxsiyyətdir. Əvvəlki ayədə o bütün xalq üçün imam qərar verilmişdir. Bu ayədə isə Kə’bə bütün xalqın və’dəgahı kimi təqdim olunur.

2. Cəmiyyət imam və əmniyyətə ehtiyaclıdır. Əvvəlki və hazırkı ayə bu həqiqəti təsdiq edir.

3. Allah yolunda özünü, zövcəsini və övladını təslim edən bir şəxsin ayaq qoyduğu yerdə Allaha xatir hamı başını qoymalıdır. 1

4. Ev Allaha aid olduğundan Onun xadimi də Allahın övliyası olmalıdır.

5. Allah evinin ziyarətçiləri üçün təkcə bu kəramət bəsdir ki, İbrahim və İsmail onlar üçün həmin evi paklamağın məs’ulu olmuşlar.

6. İbadət paklıqla əlaqəlidir.

7. İbadət və namaz o qədər mühümdür ki, hətta İbrahim və İsmailə həmin mərasimdə paklığın tə’mini əmr olunur.

8. Müsəlmanların məscidi pak və rəğbət doğuran olmalıdır.


126. ﴿وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ اجْعَلْ هَـَذَا بَلَدًا آمِنًا وَارْزُقْ أَهْلَهُ مِنَ الثَّمَرَاتِ مَنْ آمَنَ مِنْهُم بِاللّهِ وَالْيَوْمِ الآخِرِ قَالَ وَمَن كَفَرَ فَأُمَتِّعُهُ قَلِيلاً ثُمَّ أَضْطَرُّهُ إِلَى عَذَابِ النَّارِ وَبِئْسَ الْمَصِيرُ

(Xatırla) o zaman ki, İbrahim dedi: “Pərvərdigara! Bunu əmin-amanlıq şəhəri qərar ver. Onun əhlinə, Allaha və axirət gününə iman gətirənlərə onun məsələlərindən ruzi ver. (Amma Allah) buyurdu: “Kafir olanlara (da) azca bəhrə verəcəyəm. Sonra onları qəhrlə odun əzabına doğru çəkəcəyəm. Necə də pis aqibətdir.”


Nöqtələr


◘Əvvəlki ayədə həzrət İbrahim öz nəsli üçün imamət məqamı istəmişdi. Allah isə onun cavabında buyurmuşdu ki, bu məqam zalımlara çatmaz. Bu ayədə isə həzrət İbrahim dünya ruzisini təkcə mö’minlər üçün istəyir. Amma Allah bu məhdudiyyəti qəbul etmir və kafirləri də maddi ne’mətlərdən məhrum qoymur. Yə’ni maddi ruzi mühüm deyil. Ona görə də həm iman əhlinə, həm də qeyrilərinə dünya ne’məti əta olunur. Amma mə’nəvi və ictimai məqamlar, rəhbərlik çox mühümdür və hər kəsə tapşırılmır.

Bildirişlər


1. Peyğəmbərlər xalqın doğru yola yönəldilməsi kimi mə’nəvi məsələlərdən əlavə, onların maddi ehtiyaclarına, əmin-amanlıqlarına da diqqət yetirmiş, bu yolda çalışmış və dua etmişlər.

2. Ne’mət o zaman ləzzətli, dadlı olur ki, əmin-aman, sakit bir fəzada nəsib olsun.

3. Duada başqalarını unutmayaq. Ayədə ruzi istənilərkən bütün əhali nəzərdə tutulur.

4. Allahın qaydası budur ki, müsəlman və kafir olmasından asılı olmayaraq, bütün xalqa ruzi versin. Bu qaydanı hətta həzrət İbrahimin duası da aradan götürə bilmir.

5. Dünyadakı naz-ne’mət Allahın insana məhəbbəti demək deyil.

6. Öz növünüzə (bir insana) kömək edərkən onun əqidəsi ilə işiniz olmasın.

7. Maddi ləzzətlər nə qədər çox olsa da, axirət ne’mətləri ilə müqayisədə cüz’idir.
127. ﴿وَإِذْ يَرْفَعُ إِبْرَاهِيمُ الْقَوَاعِدَ مِنَ الْبَيْتِ وَإِسْمَاعِيلُ رَبَّنَا تَقَبَّلْ مِنَّا إِنَّكَ أَنتَ السَّمِيعُ الْعَلِيمُ

(Xatırla,) o zaman ki, İbrahim İsmail ilə evin (Kə’bənin) sütunlarını yuxarı qaldırırdı. (Və deyirdilər,) Pərvərdigara, bizdən qə’bul et. Həqiqətən, Sən eşidən və bilənsən.”


Nöqtələr


◘Çoxsaylı ayə və rəvayətlərdən mə’lum olur ki, Kə’bə evi həzrət Adəmin dövründən mövcud olmuşdur. Həzrət İbrahim isə onu bərpa etmişdir. Həzrət İbrahim zövcəsi və oğlunu Məkkədə yerləşdirərkən deyir: “Pərvərdigara, ailəmdən bə’zisini bu quru və əkinsiz yerdə, Sənin evinin kənarında sakin etdim.1 Buna əsasən deyə bilərik ki, həzrət İsmailin südəmərlik dövründə də Kə’bədən əsər olmuşdur. “Ali-İmran” surəsində də Kə’bə xalqın ilk evi kimi yad olunur. Haqqında danışılan ayədə də evin sütunlarının İbrahim tərəfindən qaldırılmasından danışılır. Ayənin tə’birlərindən aydın olur ki, Kə’bənin əsasları əvvəlcədən mövcud olmuş, İbrahim və İsmail onları qaldırmışlar. Həzrət Əli (ə) də “Nəhcül-bəlağə”də bu nöqtəyə işarə etmişdir: “Allah həzrət Adəmin dövründən əbədi olaraq bütün xalqı Kə’bə və onun daşları ilə sınağa çəkir.2

◘Həzrət İbrahim və İsmail bu işdə bərabər çalışmırdılar. Həzrət İbrahim bənnalıq edir, İsmail isə atasına daş verirdi. Ola bilər bu ayədə məhz bu səbəbdən o iki şəxsiyyətin adları fasilə ilə gətirilmişdir.



Yüklə 8,7 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin