Мөһсин Гәраәти



Yüklə 8,7 Mb.
səhifə68/98
tarix22.10.2017
ölçüsü8,7 Mb.
#11409
1   ...   64   65   66   67   68   69   70   71   ...   98

Bildirişlər


1. Münafiqlərin iti və ovsunlu sözləri sizi aldatmasın.

2. Hər anda inanmayın.

3. Yalan and münafiqlərin nüfuz yollarındandır. Düşmənlər həmişə müqəddəsliyə qarşı müqəddəslikdən, dinə qarşı dindən istifadə edirlər. Onlar Allaha and içməklə Allahın peyğəmbərinə xəyanət edirlər.

4. Münafiqlər öz söhbətlərini dünyəvi məsələlər üzərində qururlar ki, başqalarını öz tə’sirləri altına sala bilsinlər.

5. Allah öz peyğəmbərini qeybdən və başqalarının qəlbindən xəbərdar edir.

6. Öz yalançılıqlarını bilənlər andlar və gözəl sözlərlə özlərini xalis və canıyanan göstərirlər.


205. ﴿وَإِذَا تَوَلَّى سَعَى فِي الأَرْضِ لِيُفْسِدَ فِيِهَا وَيُهْلِكَ الْحَرْثَ وَالنَّسْلَ وَاللّهُ لاَ يُحِبُّ الفَسَادَ

Əgər qüdrət və hökumətə çatsa, yer üzündə fəsad, əkin sahələrinin və nəslin məhvi üçün çalışar. Allah fəsadı dost tutmur.”


Nöqtələr


◘“Təvəlla” sözünü iki cür mə’nalandırmaq olar: Birinci mə’na ayədə tərcümə olunduğu kimi qüdrət və hökumətə çatmaqdır. İkinci mə’na üz döndərməkdir. Bu halda ayə belə tərcümə olunmalıdır: Əgər ilahi haqq və hidayətdən üz döndərdi və səndən uzaqlaşdısa, fitnə-fəsad sorağınca gedər...”

◘Əvvəlki ayədə münafiqlərin zahirən gözəl danışdığı bəyan olundu. Bu ayədə isə onların fəsad dolu rəftarı qeyd edilir.

◘Qur’an buyurur: “Əgər salehlər hökuməti ələ alsalar, namazı bərpa edər, zəkat ödəyər, əmr be mə’ruf və nəhy əz munkər edərlər.”1 Onlar bu vasitə ilə Allahla və cəmiyyətdəki məhrumlarla rabitələrini qoruyarlar. Amma əgər ləyaqətsiz bir şəxs qüdrətə çatsa, xalq üzərində hakimiyyəti əlinə alsa, öz nəfsinin tüğyanı, xəbərsizliyi, xarici təzyiqlər səbəbindən bütün cəmiyyəti özünə qurban edər. “Əl-Mizan”da qeyd olunduğu kimi, tarix şahiddir ki, bir çox müsəlmannümalar İslam və iman pərdəsi altda xalqa hakim olub əkinəcəkləri və nəsilləri məhv etdilər.

◘Qanunları saxtalaşdırmaq, ideoloji müharibə və təbliğat, narkotik maddələr vasitəsi ilə iqtisadiyyatı və gənc nəsli məhv edənlər bu ayənin bariz nümunələridir.

◘Sahələrin, əkinlərin məhvi, nəsillərin həlakı gələcək nəsillərin azğınlığa sövq edilməsi mə’nasındadır. Məraği və Fəxr Razi öz təfsirlərində ehtimal vermişlər ki, “hərs” qadınlara işarə ola bilər. Onlar buna “Bəqərə” surəsinin 223-cü ayəsini dəlil göstərmişlər. Onların fikrincə, “nəsil” sözü övladlara işarədir. Yə’ni zalım hakimlər (tağut) ailə nizamını və övladların tərbiyəsini məhv edirlər.

Bildirişlər


1. Ləyaqətsiz bir şəxs əgər qüdrətə çatsa, hər şeyi fəsada sürükləyər.

2. Ən böyük təhlükə iqtisadiyyatın və millətin əqidəsinin məhv edilməsidir.


206. ﴿وَإِذَا قِيلَ لَهُ اتَّقِ اللّهَ أَخَذَتْهُ الْعِزَّةُ بِالإِثْمِ فَحَسْبُهُ جَهَنَّمُ وَلَبِئْسَ الْمِهَادُ

Ona “Allahdan qorx” deyilən vaxt günah sayəsində əldə etdiyi qürur onu götürər. Cəhənnəm odu onun üçün kafidir. Və bu yer necə də pisdir!”


Bildirişlər


1. Təkəbbür əhli heç vaxt başqalarının moizəsinə qulaq asmır. Tarixdə nəql olunub ki, Bəni-Üməyyə xəlifəsi Əbdül-Məlik Mərvan minbərdən Mədinə şəhərinə belə müraciət etdi: “And olsun Allaha, kim mənə təqvalı olmağı əmr etsə, boynunu vuracağam.”1

2. Hakim öyüd-nəsihət qəbul edən şəxs olmalıdır.

3. Günah lovğalıq, qürur və təkəbbür səbəbidir.

4. Cəhənnəmə diqqət qüruru sındıran agahlıqdır.


207. ﴿وَمِنَ النَّاسِ مَن يَشْرِي نَفْسَهُ ابْتِغَاء مَرْضَاتِ اللّهِ وَاللّهُ رَؤُوفٌ بِالْعِبَادِ

Xalq arasında elələri var ki, Allahın razılığını əldə etmək üçün canını verir. Allah Öz bəndələrinə qarşı mehribandır.”


Nöqtələr


◘Yeddinci əsr sünni alimlərindən olan İbn Əbül-Hədid Nəhcül-bəlağənin şərhində deyir: “Bütün təfsirçilər bildirirlər ki, “bu ayə hicrət zamanı həzrət Peyğəmbərin (s) yerində yatmış Əli ibn Əbu-Talib haqqında nazil olmuşdur. Bu mövzu o qədər məşhurdur ki, yalnız kafir və divanə olan şəxs onu inkar edər.”2

◘Məkkə müşrikləri qərara gəldilər ki, İslam peyğəmbərini öldürmək üçün hər qəbilədən bir nəfər seçilsin. Onlar Bəni-Haşimin qan davasından qurtarmaq üçün bu işi cəm şəkildə görmək istəyirdilər. Həzrət Peyğəmbər (s) onların planından xəbər tutdu. Əli (ə) həzrət Peyğəmbərin (s) Məkkədən sağ-salamat çıxması üçün onun yerində yatdı. Ayə də onun şə’ninə nazil olmuşdu. (Bu həqiqəti e’tiraf etmiş böyük sünni alimlərinin adı Əllamə Əmininin “Əl-Ğədir” kitabında sadalanmışdır.)

◘Həmin təhlükəli gecədə həzrət Əli (ə) Peyğəmbərin (c) yerində yatdığı vaxt Allah-təala Cəbrail və Mikailə buyurdu: “Sizin hansınız o birinizə fəda olmağa hazırsınız?” Mələklərdən heç biri hazırlığını bildirmədi. Allah-təala buyurdu: “İndi baxın ki, Əli (ə) öz canını Allah rəsulunun yolunda fəda etməyə necə hazırdır!”

◘Bə’zən bir yaxşı işi canlandırmaq və ya bir pis işi aradan qaldırmaq üçün canı fəda etmək lazım gəlir. Həzrət Əli (ə) buyurmuşdur: “Hər kəs əmr be mə’ruf və nəhy əz münkər yolunda öldürülsə, bu ayənin nəzərdə tutduğu şəxslərdəndir.”1


Bildirişlər


1. Münafiqin sözü gözəldir. O, insanı təəccübə gətirir. Mö’minin isə əməli dünyanı təəccübləndirir.

2. İsar əhlinin xatirəsini diri saxlayın.

3. Övliyalar yolunda ölüm bir dəyərdir.

4. Ən böyük fayda odur ki, insan ən böyük matah olan canını öz xaliqinə fəda etsin. Özü də bu iş behişt, cəhənnəmdən qurtuluş yolunda yox, yalnız Allah razılığı üçün olsun.

5. Allah yolunda təhlükəyə və canı fəda etməyə hazırlıq bu işin görülməsi kimidir. Ayənin nazil olma şə’ninə görə, burada o şəxs nəzərdə tutulur ki, hadisə baş verməmiş olsa da, o öz canını təhlükəyə atır.

6. Ən böyük mükafat Allahın mərhəmətidir. Allah hər bir iş müqabilində əvəz müəyyənləşdirmişdir. Bu ayədə isə belə buyurulur: “Allah “rəufdur”.


208. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ ادْخُلُواْ فِي السِّلْمِ كَآفَّةً وَلاَ تَتَّبِعُواْ خُطُوَاتِ الشَّيْطَانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ

Ey iman gətirənlər! Hamınız sülhə və barışa gəlin. (Allaha mütləq təslim olun,) Şeytanın addımlarına tabe olmayın ki o, sizin aşkar düşməninizdir.”



Yüklə 8,7 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin