Bildirişlər
1. Haqqın qəbulu insandan tutum və daxili hazırlıq tələb edir.
2. Şərhe-sədr ilahi nemətdir.
3. Fitrət və əql yolundan çıxmaq ruh üçün sıxıntı amilidir.
4. Azğınlar zahirdə özlərini xoşbəxt göstərsələr də, əslində böyük sıxıntı içindədirlər.
5. Hövsələsizlik və tutumsuzluq bir növ ruhun çirkinliyidir.
6. Haqqa iman gətirməyən kəs tədricən çirkaba batar.
126. ﴿وَهَـذَا صِرَاطُ رَبِّكَ مُسْتَقِيمًا قَدْ فَصَّلْنَا الآيَاتِ لِقَوْمٍ يَذَّكَّرُونَ﴾
“Bu yol sənin Rəbbinin doğru və düz yoludur. Şəksiz, Biz Öz ayələrimizi öyüd götürən qövm üçün müfəssəl bəyan etmişik.”
Dostları ilə paylaş: |