Nöqtələr
◘Ayədəki “haza”, yəni “bu” əvəzliyi ötən ayədə zikr olunmuş “İslam” sözünə işarə ola bilər.
Bildirişlər
1. Allahın yolundan savay bütün yollar uçuruma aparır.
2. Xatırlatma və diqqəti cəlb etmək üçün təhsil, çeşidlilik və təkrar lazımdır.
3. Allah hamı üçün höccəti, dəlilləri tamamlamışdır. İnsanlar diqqət yetirsələr, haqqın ayə və nişanələri müxtəlif bəyanlarla aydınlaşdırılmışdır.
4. İlahi xatırlatmalara daimi diqqət doğru yola çıxmaq vasitəsidir.
127. ﴿لَهُمْ دَارُ السَّلاَمِ عِندَ رَبِّهِمْ وَهُوَ وَلِيُّهُمْ بِمَا كَانُواْ يَعْمَلُونَ﴾
“Rəbbinin yanında salamatlıq sarayı yalnız onlar üçündür. Allah yerinə yetirdikləri əməllərin mükafatı olaraq onlara qəyyum, arxa və dostdur.”
Dostları ilə paylaş: |