Nöqtələr
◘Bu ayədə “dərəcələr” dedikdə inkişaf yox, süqut dərəcələri nəzərdə tutulur.
Bildirişlər
1. Allah ədalətlidir və hər kəsin mərtəbəsini onun əməlinə uyğun qərar verir.
2. İnsanın xoşbəxtlik və ya bədbəxtçiliyi onun əməllərindən asılıdır.
3. İnsan daim Allahın nəzarəti altında olduğundan diqqətli olmalıdır.
133. ﴿وَرَبُّكَ الْغَنِيُّ ذُو الرَّحْمَةِ إِن يَشَأْ يُذْهِبْكُمْ وَيَسْتَخْلِفْ مِن بَعْدِكُم مَّا يَشَاء كَمَآ أَنشَأَكُم مِّن ذُرِّيَّةِ قَوْمٍ آخَرِينَ﴾
“Sənin Rəbbin ehtiyacsızdır və rəhmət sahibidir. Əgər istəsə, sizi aparar və sizdən sonra istədiyini gətirər. Necə ki, sizi digər bir qövmün nəslindən yaratdı.”
134. ﴿إِنَّ مَا تُوعَدُونَ لآتٍ وَمَا أَنتُم بِمُعْجِزِينَ﴾
“Həqiqətən, nə vəd edilibsə, o da olasıdır. Siz (Allahı) zəiflədə bilməzsiniz. (Onun cəza və ədalətindən qaça bilməzsiniz).”
Dostları ilə paylaş: |