◘Peyğəmbərlərin tərbiyə yolundan çıxıb, xəyal aləminə qapılanların sözləri və qərarları da xəyali və məntiqsizdir. Onlar özlərini hər şeyin sahibi bilir, pay bölüşdürürlər. Bir dəfə oğlanları öz payları, qızları Allahın payı sayırlar.1 Bəzən də məhsul və mal-qaranı Allahla bütlər arasında bölürlər. Müşriklər elə düşünürlər ki, bütlərin payı toxunulmazdır. Bu payı bütxana və onun xidmətinə xərcləyirdilər. Allahın payını isə «Allah ehtiyacsızdır» deyə bütxanaya xərcləməkdən çəkinmirdilər. Onlar bu payı körpələrə, yoxsullara və qonaqlara xərcləmək barədə düşünmürdülər.