Nöqtələr
◘“Cənnat” çoxağaclı bağlar və əkinlə örtülü torpaqlardır. “Məruş” dayağa ehtiyacı olan ağacdır. “Ukul” yeməli mənasını bildirir.
◘Uyğun surənin 99-cu ayəsində oxuyuruq: “Ağaclar bar verəndə ona diqqətlə baxın.” Bu ayədə oxuyuruq: “...Elə ki bar verdi, ondan yeyin.” Belə bir nəticəyə gəlmək olar ki, insan kor-koranə yeməməli, yeyərkən düşünməlidir.
◘İmam Baqir (ə) bu ayəni oxuduqdan sonra buyurdu: “Bir şəxs bağının bütün məhsulunu sədəqə verirdi və ailəsi ehtiyac içində yaşayırdı. Allah onun bu əməlini israf adlandırdı.”2
◘Bu ayə allahşünaslıq dərsini nemətlərdən məsrəf icazəsi, məhrum təbəqəyə əl tutmaq, onlara infaq, orta həddi gözləmək və ifrata varmamaqla yanaşı bəyan edir.2
◘İmam Sadiq (ə) bu ayə haqqında buyurmuşdur: “Əgər müsəlman tapılmasa, məhsulun haqqını fəqir müşrikə ödəyin.”3 Digər rəvayətdə buyurulur: “Məhsulun haqqı zəkatdan fərqli bir haqdır.”4
◘İmam Sadiq (ə) buyurmuşdur: “Meyvəni gecə yığmayın. Məhsulu gündüz yığın ki, fəqirlər də gəlib bir şey götürə bilsinlər.”5
“Nun vəl-qələm” surəsində oxuyuruq ki, Allah başqalarının görməməsi üçün məhsulu gecə yığanların bağını yandırar.”
Dostları ilə paylaş: |