Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə373/405
tarix04.01.2022
ölçüsü3,26 Mb.
#54563
1   ...   369   370   371   372   373   374   375   376   ...   405

Bildirişlər


1. Eyni torpaq və sudan çeşidli meyvələrin və əkin məhsullarının götürülməsi Allahın qüdrət nişanəsidir.

2. Allah məhsullarda Özü üçün haqq müəyyənləşdirmişdir.

(Bəli nur, hava, su, torpaq, güc, düşüncə, istedad hər biri Allahdandır və Onun hər şeydə haqqı var.)

3. İnfaq edərkən orta həddi gözləyin.

4. İslam orta dindir. Həm yersiz qadağanı qəbul etmir (ötən ayədə), həm də yersiz məsrəfi.

5. Məhrumların haqqını ödəmək maldan istifadə üçün şərtdir.

6. Məsrəf miqdarı israfın olmaması ilə məhdudlaşır.

7. Məhsul yığarkən məhrumlar haqqında düşünək.

8. Məhsulu elə bir vaxt yığaq ki, başqaları da gəlib ondan bəhrələnə bilsin.

9. Məhsul yığan zaman insanın infaq etməyə hazırlığı daha çox olur. Gəlin bu fürsəti əldən çıxarmayaq.

10. Kal meyvə yeməyin, hər meyvədən istifadə edin.

11. İsrafçı insan Allahın qəzəbinə gəlmişdir.


142. ﴿وَمِنَ الأَنْعَامِ حَمُولَةً وَفَرْشًا كُلُواْ مِمَّا رَزَقَكُمُ اللّهُ وَلاَ تَتَّبِعُواْ خُطُوَاتِ الشَّيْطَانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ﴾

Dördayaqlılardan bəzisi yük daşıyan, bəzisi yük daşımayan və döşənəcək kimidir. (Yerə yaxındır. Onların yunundan və tükündən xalça üçün istifadə olunur.) Allahın sizə ruzi qərar verdiklərindən yeyin və şeytanın addımlarına tabe olmayın. Çünki o, sizin aşkar düşməninizdir.”



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   369   370   371   372   373   374   375   376   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin