Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə374/405
tarix04.01.2022
ölçüsü3,26 Mb.
#54563
1   ...   370   371   372   373   374   375   376   377   ...   405

Nöqtələr


◘Ötən ayədə Allahın nemətlərindən olan əkinçilik məhsullarına işarə olundu. Burada heyvandarlıqdan və onun bəhrələrindən söhbət açılır.

◘«Fərş», «xalça», «döşənəcək» dedikdə qoyun kimi bədəni yerə yaxın olan, döşənəcəyə oxşayan dördayaqlılar nəzərdə tutulur. Onların yunundan və tükündən xalça hazırlanması da nəzərdə tutula bilər.

◘Bir çox təfsirçilər “Həmulə” sözünü yük daşıyan heyvan mənasında qeyd etmişlər. “Fərş” sözü isə yük daşımayan heyvanlar kimi təbir olunmuşdur.

Bildirişlər


1. Varlıq aləmi və onda olanlar insana ramdır.

2. Heyvanlara münasibətdə ümumi qanun, haramlıqlarına dəlil olmadıqda, onların istifadəyə halal olmasıdır.

3. Halal nemətlərin haram olunması şeytani addımlardandır.

4. Bu gün dünyada çox qövmlər arasında rəvac tapmış ət yeməmək və ətdən istifadənin qadağası haramdır və deyilənlərin bir nümunəsidir.

5. İstifadə etdiyimiz qidalara diqqətli olaq. Çünki şeytan Adəmə qarşı ilkin olaraq qidadan istifadə etdi.

6. Allahın süfrəsi arxasında Onun düşməninə itaət etməyək.

7. Şeytanın siyasəti birdəfəyə yox, tədrici azdırmadır.
143. ﴿ثَمَانِيَةَ أَزْوَاجٍ مِّنَ الضَّأْنِ اثْنَيْنِ وَمِنَ الْمَعْزِ اثْنَيْنِ قُلْ آلذَّكَرَيْنِ حَرَّمَ أَمِ الأُنثَيَيْنِ أَمَّا اشْتَمَلَتْ عَلَيْهِ أَرْحَامُ الأُنثَيَيْنِ نَبِّؤُونِي بِعِلْمٍ إِن كُنتُمْ صَادِقِينَ﴾

Allah (o heyvanlardan) səkkiz cift yaratdı: (erkək və dişi olmaq üzrə bir cüt qoyun və bir cüt keçi). De ki: «Allah iki erkəyi, yoxsa iki dişini, yaxud da iki (müxtəlif cinsli) dişinin qarınlarındakı balaları haram etdi? Əgər (Allahın nəyi halal, nəyi haram buyurduğu barədəki) iddialarınız doğrudursa, bir biliyə əsaslanaraq (bu haqda) mənə xəbər verin!»”


144. ﴿وَمِنَ الإِبْلِ اثْنَيْنِ وَمِنَ الْبَقَرِ اثْنَيْنِ قُلْ آلذَّكَرَيْنِ حَرَّمَ أَمِ الأُنثَيَيْنِ أَمَّا اشْتَمَلَتْ عَلَيْهِ أَرْحَامُ الأُنثَيَيْنِ أَمْ كُنتُمْ شُهَدَاء إِذْ وَصَّاكُمُ اللّهُ بِهَـذَا فَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَى عَلَى اللّهِ كَذِبًا لِيُضِلَّ النَّاسَ بِغَيْرِ عِلْمٍ إِنَّ اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ﴾

Dəvədən iki zövc (erkək və dişi), inəkdən iki zövc (erkək və dişi) sizin üçün halal etmişdir.) De ki, Allah bu iki şeyin erkəklərini, yoxsa dişilərini haram etmişdir? Bəlkə qarınlarında olanı? Yoxsa Allahın sizə bu ətləri haram etdiyinə şahid olmusunuz?! Allaha iftira qoşub Onun adından yalan danışandan zalımı kimdir ki, nadanlıq üzündən xalqı azdırsın? Şübhəsiz, Allah zalım qövmü hidayət etməz.”



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   370   371   372   373   374   375   376   377   ...   405




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin