Мөһсин Гәраәти



Yüklə 8,5 Mb.
səhifə32/97
tarix21.10.2017
ölçüsü8,5 Mb.
#7915
1   ...   28   29   30   31   32   33   34   35   ...   97

Nöqtələr


◘Yəhudilərin son sözü bu idi ki, əgər peyğəmbər Bəni-İsraildən olmasa, ona iman gətirməsinlər və yalnız onların özünə nazil olmuş kitabı qəbul etsinlər.

Quran onların bir neçə yalanını bəyan edir. İlk nümunə əvvəlki ayədə idi və belə buyurulurdu: “Əgər siz bu iddianızda haqlısınızsa, bəs nə üçün Musaya arxa çevirib, buzovpərəstlik dalınca getdiniz?!” İkinci nümunədə isə belə buyurulur: “Sizdən əhd aldıq və Tur dağını üzərinizə qaldırıb dedik: “Var gücünüzlə Tövratın səmavi qanunlarından tutun, qulaq asıb əməl edin.” Amma siz dediniz: “Biz qanunları tanıyırıq, amma əməl etmirik.” Əgər Quran və İslam peyğəmbərinə iman gətirməkdə bəhanəniz budursa ki, Məhəmməd (s) sizdən deyil, bəs nə üçün özünüzdən olan Musa və onun Tövratına iman gətirmədiniz?!

Quranda bu etiqadsızlığın səbəbi belə bəyan olunur. Küfrləri səbəbindən onların qəlbi buzova məhəbbətlə doldu və nə düşüncə, nə də iman üçün yer qalmadı. Əgər Bəni-İsrail doğru deyirsə ki, onlara nazil olan hər şeyə iman gətirirlər, bəs əməl namələrindəki cinayətləri necə izah edirlər? Məgər buzovpərəstlik, peyğəmbərin qətli, əhdi pozmaq imandandırmı?!

Bildirişlər


1. Nümunə götürmək əməl səbəblərindən biridir.

2. İlahi inqilabın nailiyyətlərini qorumaq hədələr bahasına da olsa zəruridir.

3. İlahi hökmlərin və göstərişlərin yerinə yetirilməsi qüdrət, ciddilik, eşq və qərara ehtiyaclıdır. Vəzifələrin icrası zarafat və dəbdəbə ilə uyğun deyil. Dindarlıqla zəiflik, qətiyyətsizlik, sazişçilik bir araya sığmır.

4. İfrat eşq və bağlılıq təhlükəlidir. Bir şeyə ifrat bağlanan insan həqiqətləri qəbul etmək istəmir. (Bəli, bir şeyə könül bağlayan insan kor və kar olur, həmin şeyin eyblərini görə bilmir.)

5. İnsanın düşüncə və əqidəsinin ən aşkar göstəricisi onun rəftarıdır.
94. ﴿قُلْ إِن كَانَتْ لَكُمُ الدَّارُ الآَخِرَةُ عِندَ اللّهِ خَالِصَةً مِّن دُونِ النَّاسِ فَتَمَنَّوُاْ الْمَوْتَ إِن كُنتُمْ صَادِقِينَ

De ki, əgər Allahın yanında axirət sarayı başqa xalqlara yox, sizə məxsusdursa, onda ölüm istəyin. Əgər doğru deyirsinizsə!”


Nöqtələr


◘Bəni-İsrailin yalan iddialarından, saysız xəyalpərvərliklərin-dən bəzilərini nəzərdən keçirək:

–Biz Allahın övladları və əzizləriyik.1

–Yəhudi və ya məsihi olmayan kimsə behiştə daxil olmaz.2

–Cəhənnəm odu bizə bir neçə gündən artıq təsir etməz.3 Bu ayə onların bütün qurama xəyallarını və mövhumat düşüncələrini rədd edib buyurur: “Əgər sizin bu iddianız doğrudursa və dediyiniz sözlərə inanırsınızsa, ölümdən qorxmamalı, ondan qaçmamalısınız. Əksinə, behiştə daxil olmaq üçün ölüm arzulamalısınız!

◘Allahın övliyaları nəinki ölümdən qorxmurlar, əksinə, ölüm üçün həsrət çəkirlər. Necə ki, Həzrət Əli (ə) buyurur: “And olsun Allaha, Əbu-Talib övladının ölümə həvəsi, südəmər körpənin ana döşünə olan həvəsindən çoxdur.”4

Bəli, insan elə bir tərzdə yaşamalıdır ki, hər an ölümə hazır olsun. (Sürücü yalnız tanımadığı yoldan və uğursuz səfərdən qorxur. Yanacağı olan, qaçaq mal aparmayan, gedəcəyi yerdə yaşamağa yeri olan müsafir nə üçün qorxmalıdır?! Həqiqi mömin üçün bu səfər çox sevindiricidir.)


Bildirişlər


1. Puç xəyallar və mövhumatlarla sərt rəftar edin.

2. Millətpərəstlik və irqpərəstlik qiyamətədək davam edər.

3. Ən üstün hakim vicdandır.

4. Ölümə hazırlıq həqiqi və sədaqətli iman nişanəsidir.


95. ﴿وَلَن يَتَمَنَّوْهُ أَبَدًا بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ وَاللّهُ عَلِيمٌ بِالظَّالِمينَ

Amma onlar əvvəlcədən göndərmiş olduqlarının ucbatından heç vaxt ölüm istəmirlər. Allah zalımların halından agahdır.”


Nöqtələr


◘Ölümdən qorxmamaq düzlük və yəqinlik nişanəsidir. Ölüm çatdığı zaman zarafatlar, əyləncələr, xəyallar gözdən itir və təkcə insanla onun əməlləri qalır. Ölüm məqamında insan inanır ki, dünya matahı məhduddur, axirət isə üstün və davamlıdır.

Ölüm zamanı insan inanır ki, dünya kimsə üçün açılmamış bir qönçə, dünya dostları isə şirniyə toplanmış arı kimidir. İnsan yəqin mərtəbəsinə çatarsa, ölümə yaxınlaşdıqca Allahla görüş dəmini hiss etməyə başlayır. Ona görə də Həzrət Əli (ə) ölüm zərbəsi aldığı vaxt buyurur: “And olsun Kəbənin Allahına, qurtuldum.” Kərbəlada aşura günortası, şəhadət məqamı yaxınlaşdıqca imam Hüseynin (ə) çöhrəsi açılır. Son gecə imam Hüseyn (ə) öz ətrafındakılardan ölümün nə olması barədə soruşduqda, onların verdiyi cavablar getdikləri yola əmin olmalarından danışır. Onlar ölümü şirin bilirdilər, hətta həmin gecə imamın bəzi yoldaşları bir-birləri ilə zarafatlaşırdılar.


Bildirişlər


1. İnsandakı ölüm qorxusu əslində onun öz əməllərinin cəzasından olan qorxudur.

2. Yalan iddia edənlər və yersiz tələb irəli sürənlər zalımdırlar.

3. Özünüz nə etdiyinizi bilirsiniz. Allah da gördüyünüz işlərdən xəbərdardır. Bəs bu iddialar nə üçündür?!
96. ﴿وَلَتَجِدَنَّهُمْ أَحْرَصَ النَّاسِ عَلَى حَيَاةٍ وَمِنَ الَّذِينَ أَشْرَكُواْ يَوَدُّ أَحَدُهُمْ لَوْ يُعَمَّرُ أَلْفَ سَنَةٍ وَمَا هُوَ بِمُزَحْزِحِهِ مِنَ الْعَذَابِ أَن يُعَمَّرَ وَاللّهُ بَصِيرٌ بِمَا يَعْمَلُونَ

(Ey peyğəmbər!) Hər an yəhudiləri yaşayışa (dünya və sərvət yığmağa) hətta müşriklərdən də həris görərsən. (Belə ki,) Onlardan hər biri min il yaşamaq arzusundadır. Hansı ki, onlara belə uzun ömür verilmiş olsa, bu ömür onları Allahın əzabından qurtarmayacaq. Allah onların əməllərini görəndir.


Bildirişlər


1. Uzun yaşamaq mühüm deyil. Əsas məsələ Allaha yaxınlıq, ömrün bərəkətli olması və oddan qurtuluşdur. (Fəxr Razinin təfsirində həzrət Peyğəmbərin (s) belə dua etdiyi nəql edilmişdir: “Pərvərdigara, əgər mənim üçün yaşamaq yaxşıdırsa, məni diri saxla, əgər ölüm yaxşıdırsa, öldür.”)

2. Yəhudilər dünyanın ən həris və ən dünyagir xalqıdırlar.

3. Həyat nə qədər alçaq və çirkin olsa da yəhudilər diri qalmaq istəyindədirlər.

4. Yalançının yaddaşı olmur. Yəhudilər bir tərəfdən behişti özlərininki bilirdilər , digər bir tərəfdən həmişə dünyada qalmaq istəyirdilər. 1


97. ﴿قُلْ مَن كَانَ عَدُوًّا لِّجِبْرِيلَ فَإِنَّهُ نَزَّلَهُ عَلَى قَلْبِكَ بِإِذْنِ اللّهِ مُصَدِّقاً لِّمَا بَيْنَ يَدَيْهِ وَهُدًى وَبُشْرَى لِلْمُؤْمِنِينَ

(Yəhudilər deyirlər: “Sənə vəhy gətirən mələk bizim düşmənimiz Cəbrail olduğundan sənə iman gətirmirik.) De ki, hər kəs Cəbrailin düşməni olsa (əslində Allahın düşmənidir), çünki o, Quranı Allahın göstərişi ilə sənin qəlbinə nazil etmişdir. Bu (Quran) ki, əvvəlki səmavi kitabları təsdiq edir və möminlər üçün hidayət və bəşarət mayasıdır.”



Yüklə 8,5 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin