Мөһсин Гәраәти



Yüklə 8,5 Mb.
səhifə35/97
tarix21.10.2017
ölçüsü8,5 Mb.
#7915
1   ...   31   32   33   34   35   36   37   38   ...   97

Nöqtələr


◘Bu ayə yəhudi və məsihi müşriklərinin və kafirlərin müsəlmanlara münasibətdə kin və ədavətləri üzərindən pərdəni götürür. Onlar müsəlmanların böyük bir peyğəmbərə və səmavi kitaba malik olduğunu görmək istəmirdilər. Bəli, müsəlmanlar tövhid nidasını bütün dünyaya çatdırmaq, irqi və milli ayrıseçkiliklərlə, müşriklərin xürafatları və kitab əhlinin təhrifləri ilə mübarizə əzmindədirlər. Onlar avamların böyüklər tərəfindən aldadılmasına mane olurlar. Allah bu ayədə buyurur ki, Allahın lütf və mərhəməti onun iradəsinə əsasən istədiyi şəxsə nazil olar və bu işin kimsənin istəyib-istəməməsindən asılılığı yoxdur!

Bildirişlər


1. Düşmənin qəlb istəklərini və iç ruhiyyəsini tanıyın. Heç vaxt onlara meyl etməyin. Onlar azcıq da olsa, müsəlmanların xeyir tapmasını istəmirlər.

2. Xeyir vermək rübubiyyət şənindəndir.

3. Allaha təvəkkül edin və düşmənin kinindən, həsədindən qorxmayın.

4. Həsədçinin həsədi Allahın lütf istəyinə heç bir təsir göstərə bilməz.

5. Allahın fəzl və rəhməti, hidayəti bütün xalqlara və qövmlərə şamildir və təkcə Bəni-İsrailə və digər bir qrupa aid deyil.
106. ﴿مَا نَنسَخْ مِنْ آيَةٍ أَوْ نُنسِهَا نَأْتِ بِخَيْرٍ مِّنْهَا أَوْ مِثْلِهَا أَلَمْ تَعْلَمْ أَنَّ اللّهَ عَلَىَ كُلِّ شَيْءٍ قَدِيرٌ

Hər hansı ayəni nəsx (ləğv) etsək və ya onu təxirə salsaq, ondan da yaxşısını və ya onun kimisini göndərərik. Məgər bilmirsənmi ki, Allah hər şeyə qadirdir?!”


Nöqtələr


◘“Nunsiha” sözü “insa” məsdərindən olub, təxirə salmaq və ya ləğv etmək mənasını verir. Bu mənada ki, ayənin nüzulu təxirə düşər və bir müddət sonra nazil olar.

◘Bu ayə yəhudilərin mənfi təbliğatına cavabdır. Onlar soruşurdular ki, nə üçün İslamda bəzi qanunlar dəyişilir? Nə üçün qiblə Beytül Müqəddəsdən Kəbəyə dəyişdirildi? Əgər əvvəlki düz idisə, bəs sonrakı göstəriş nə üçündür? Əgər ikinci göstəriş düzdürsə, demək sizin əvvəlki əməlləriniz batil imiş!

Quran bu iradlara cavab olaraq bildirir ki, hər hansı bir hökm nəsx olduqda və ya təxirə salındıqda onun yerinə daha üstünü və ya onun kimisi göndərilir. Quran yersiz irad tutanlara cavab olaraq bildirir ki, onlar tərbiyəvi, ictimai-siyasi hökmlərin əsərlərindən qəflətdədirlər. Həkim öz xəstəsinə birinci mərhələdə təyin etdiyi dərmanları növbəti mərhələdə dəyişə bilər. Şagird inkişaf etdikcə müəllim də onun dərs proqramında dəyişiklik aparır. Allah da müxtəlif zaman və şəraitlərdə bəşərə daha kamil proqramlar təqdim edir.

◘Ayədə nəzərdə tutulanlardan biri də cəmiyyətdə imamın mövcudluğu, hər bir imamın canişini olmasıdır. Çünki uyğun ayə ilə bağlı hədisdə oxuyuruq: “Hər imam dünyadan gedəndə başqa bir imam onun canişini olur.1


Bildirişlər


1. İnsan öz fitri və sabit ehtiyacları ilə bəzən xususi ictimai, iqtisadi, siyasi və hərbi şəraitlərə düşür. Belə məqamlarda sabit qanunlarla yan-yana dəyişən göstərişlər olmalıdır. Nəsx peyğəmbər və onun canişinlərinin göstərişi yolu ilə həyata keçir.

2. Hökmün dəyişməsi əvvəlki hökmlərin uğursuzluğu deyil. Əslində nəsx yeni məsələlərə həkimanə diqqətin nəticəsidir. Necə ki, sinifdən sinfə kitab və müəllim dəyişir.

3. Zahirdə göstərişlər dəyişkən, peyğəmbərlər isə çoxsaylıdır. Amma Allahın lütfü eynidir.

4. Hökmlərin dəyişməsi, onların təxirə salınması Allahın əlindədir.

5. Daim daha üstün önə çəkilməlidir.

6. İslamda dalan (çıxılmaz vəziyyət) yoxdur. Bəzi qanunlar dəyişə bilər.

7. Qanun dəyişməsi müxtəlif şəraitlərin və yeni tələblərin ortaya çıxmasından əlavə, qüdrətə ehtiyaclıdır.
107. ﴿أَلَمْ تَعْلَمْ أَنَّ اللّهَ لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالأَرْضِ وَمَا لَكُم مِّن دُونِ اللّهِ مِن وَلِيٍّ وَلاَ نَصِيرٍ

Məgər bilmirsənmi ki, göylərin və yerin hökuməti Allaha məxsusdur? (Onun hikmət əsasında dəyişiklik etməyə haqqı var.) Sizin Allahdan başqa heç bir yardımçınız və himayədarınız yoxdur.”


Nöqtələr


◘Bəzi hökm və göstərişlərin dəyişməsinə etiraz edənlər Allahın mütləq hakimiyyətinə diqqətsizdirlər. Allahın hakimiyyəti daimi, zati və ümumidir. Allahın hakimiyyətindən qeyri hakimiyyətlər məhdud, müvəqqəti, razılığa əsaslanan və qeyri-zatidir. Bəni-İsrail ilahi hakimiyyət haqqında belə düşünürdü ki, Allah hansısa işi görməkdə qüdrətsizdir və Onun əli bağlıdır.1 Hansı ki, yaranışda, eləcə də qanunların tənzimlənməsi və dəyişdirilməsində Allahın əli açıqdır.

Bildirişlər


1. Göylərin və yerin həmişəlik və mütləq hakimiyyət haqqı Allaha məxsusdur.

2. Qanunları dəyişmək göylərin və yerin hakimi olan Allahın işidir. Ona görə də bu dəyişiklikdə qorxu və təlaşa yer yoxdur...

Bəhanəçi və inadkar adamları razı salmağa çalışmayın. Çünki sizə Allahdan başqa yardımçı və himayəçi yoxdur.
108. ﴿أَمْ تُرِيدُونَ أَن تَسْأَلُواْ رَسُولَكُمْ كَمَا سُئِلَ مُوسَى مِن قَبْلُ وَمَن يَتَبَدَّلِ الْكُفْرَ بِالإِيمَانِ فَقَدْ ضَلَّ سَوَاء السَّبِيلِ

Bundan qabaq Musa sorğu-suala tutulduğu kimi, siz də öz peyğəmbərinizə yersiz sual və istəklərinizi ünvanlamaqmı istəyirsiniz? Küfrü imanla mübadilə edən, şübhəsiz, doğru yoldan azmışdır.”


Nöqtələr


◘Ayənin özünə və onun nüzul şəni haqqındakı məlumatlara görə, bəzi zəif imanlı müsəlmanlar və bəzi müşriklər peyğəmbərə yersiz və məntiqsiz suallar verirdilər. Məsələn, ondan istəyirdilər ki, Allah tərəfindən bir namə gətirsin. Ondan çaylar axıtmasını tələb edənlər də vardı. Bəni-İsrail kimi deyirdilər ki, Allahı bizə aşkar göstər, Onu görüb iman gətirək!

◘Peyğəmbərin haqlı olduğunu göstərmək üçün möcüzəyə və höccətin tamamlanmasına ehtiyac var. Amma hər yoldan ötənin istəyini yerinə yetirmək düzgün deyil. Bir mühəndis və ya rəssam öz məharətini göstərmək üçün işlərindən bir neçə nümunə təqdim edir. Amma hər yoldan ötən üçün əsər yaratmağa zərurət yoxdur.

◘Peyğəmbərlərin tarixini və onların rastlaşdıqları çətinlikləri bəyan etməkdə məqsəd İslam peyğəmbərinə təsəlli verməkdir. Peyğəmbərə bildirilir ki, əvvəlki peyğəmbərlərə də belə yersiz istəklərlə müraciət olunmuşdur.


Yüklə 8,5 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin