Мөһсин Гираәти


“NƏHL” SURƏSİ (Surə: 16; cüz: 14; ayələrin sayı: 128)



Yüklə 2,28 Mb.
səhifə15/22
tarix24.05.2018
ölçüsü2,28 Mb.
#51232
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

“NƏHL” SURƏSİ

(Surə: 16; cüz: 14; ayələrin sayı: 128)

“Nəhl” surəsinin siması


Qur’ani-Kərimin 128 ayədən ibarət olan 16-cı surəsində bal arısının yaranışına işarə olunduğundan bu surə “nəhl” adlandırılmışdır.

Qur’an təşrii (cəmiyyətə aid) kitab olsa da, onun bir çox surələri təkvini (təbiətə aid) adlarla adlandırılmışdır. Məsələn, “nəcm” (ulduz), “şəms” (günəş), “fil”, “ənkəbut” (hörümçək), “nəhl” (arı). Bu adlar göydə və yerdəki, kiçik və ya böyük bütün mövcudların Allahın qüdrəti müqabilində eyni olmasını göstərir. Şəriət kitabı təbiət kitabı əsasında formalaşmışdır. Bu iki kitab eyni bir mənbədən qaynaqlanır.

Bu surənin başqa bir adı “ne’mət”dir. Çünki bu surədə 15-dən çox ne’mət adı çəkilir.

Tövhid və məadın dəlilləri, cihad hökmləri, müşriklərin hədələnməsi, zülm və günahın, əhdi pozmağın, bidətlərin, şeytani vəsvəsələrin qadağası və ilahi ne’mətlərin zikri bu surənin mövzularındandır.

Mərhum Əllamə Təbatəbainin nəzərincə, surədəki ayələrin nazil olma şə’nindən belə anlaşılır ki, surənin ilk 40 ayəsi Məkkə dövrünün axırlarında, qalan 88 ayəsi isə Mədinəyə hicrətin ilk vaxtlarında nazil olmuşdur.

﴿بسم الله الرحمن الرحيم﴾

Bağışlayan və mehriban Allahın adı ilə
● Ayə 1:

﴿أَتَى أَمْرُ اللّهِ فَلاَ تَسْتَعْجِلُوهُ سُبْحَانَهُ وَتَعَالَى عَمَّا يُشْرِكُونَ﴾

Allahın əmri gəldi (tezliklə gələcək). Belə isə ona tələsməyin. O, şərik qoşduğunuz hər şeydən pak və üstündür.”


● Ayə 2:

﴿يُنَزِّلُ الْمَلآئِكَةَ بِالْرُّوحِ مِنْ أَمْرِهِ عَلَى مَن يَشَاء مِنْ عِبَادِهِ أَنْ أَنذِرُواْ أَنَّهُ لاَ إِلَـهَ إِلاَّ أَنَاْ فَاتَّقُونِ﴾

Allah mələkləri əmrindən olan vəhylə bəndələrindən istədiyi kəsə nazil edər: “Xalqa xəbərdarlıq edin ki, Məndən başqa mə’bud yoxdur, yalnız Məndən çəkinsinlər. (Əmrimə qarşı çıxmasınlar.)”


Nöqtələr

● Ayə’nin əsas mövzusu kafirlərin ilahi qəhr-qəzəbə tələsməsi olsa da, “Allahın əmri tezliklə gələcək” cümləsi təkcə qəhr-qəzəb əmrinə yox, bütün ilahi fərmanlara aiddir. Cihad, imam Mehdinin (ə) zühur göstərişi, qiyamətin bərpa əmri uyğun əmrlərdəndir. Bütün bu işlərə münasibətdə tələsmək olmaz.

● “Ruh” Allahın yaxın mələklərindən biridir. Onun adı Qur’anda ayrıca, “məlaikə” sözü ilə yanaşı çəkilir.1 Amma ayədə iki söz arasında “vav” əvəzinə “ba” şəkilçisinin işlənməsindən mə’lum olur ki, bu ayədə “Ruh” dedikdə sözün lüğətdəki mə’nası nəzərdə tutulmuşdur. Nəzərdə tutulan halda ayə belə mə’nalandırıla bilər: “Allah mələkləri istədiyi bəndələrinə həyat vasitəsi ilə nazil edər.” Başqa bir ayədə “Ruh” dedikdə Qur’an nəzərdə tutulmuşdur.2

Bildirişlər

1. Allahın əmrləri qətidir və ilahi qəhr-qəzəbin gerçəkləşməsi labüddür.

2. Allah Öz və’dlərinə əməl edir.

3. Allahın işlərinə münasibətdə tələsməyin. Allahın işi hikmətə əsaslanır və öz vaxtında gerçəkləşəsidir.

4. Vəhy mələyinin nazil olması, vəhy və onu qəbul edənin mahiyyəti Allahın iradəsindən xaricdə deyil.

5. Risalət (peyğəmbərlik) qazanılmır, əta olunur. (İqtisabi yox, intisabidir.)

Əlbəttə ki, Allah hikmət sahibidir və kimsəni boş yerə peyğəmbərlik məqamına qaldırmır.3

6. İlahi vəhyi qəbul etməyin ilkin şərti peyğəmbərlərin bəndəlik ruhu olmuşdur.

7. Peyğəmbərlərin vəzifələri arasında xalqa xəbərdarlıq öndə gəlir.

8. Əqidələrin əsası tövhid, saleh əməlin əsası təqvadır.

9. Təqva və paklıq tövhid sayəsində mə’na kəsb edir.


● Ayə 3:

﴿خَلَقَ السَّمَاوَاتِ وَالأَرْضَ بِالْحَقِّ تَعَالَى عَمَّا يُشْرِكُونَ﴾

O, göyləri və yeri haqq əsasında yaratdı. O, onların şərik qoşduqlarından üstündür.”


● Ayə 4:


﴿خَلَقَ الإِنسَانَ مِن نُّطْفَةٍ فَإِذَا هُوَ خَصِيمٌ مُّبِينٌ﴾

O, insanı nütfədən yaratdı. O isə aşkar şəkildə (Allahla) düşmənçilik edir.”


Nöqtələr

● Bu surənin 4-cü ayəsi “Yasin” surəsinin 77-78-ci ayələrinə oxşayır. Həmin ayələrdə deyilir ki, insan nütfədən yaradıldı, amma elə qürrələndi ki, Bizə qarşı düşmənçiliyə qalxdı və “bu çürümüş sümüklər yenidən necə diriləcək?” deyə e’tiraz etdi; o sanki öz ilkin yaranışını unutmuşdu.

● Digər ayələrdə, o cümlədən, “Mursəlat” surəsinin 20-ci ayəsində insanın yaradıldığı nütfə “alçaq su” kimi tə’bir olunur. Bəs necə olur ki, “alçaq su” “aşkar düşmənə” cevrilir?

Bildirişlər

1. Göylərin və yerin yaranışı boş yerə deyil, haqqa əsaslanır.

2. Yaranışda hansı büt və ya mə’bud Allaha şərik ola bilər?!

3. Şirklə mübarizə ciddi və davamlı olmalıdır.

4. İnsan o qədər qürurlu və təkəbbürlüdür ki, Allahına qarşı düşmənçiliyə qalxır.


● Ayə 5:

﴿وَالأَنْعَامَ خَلَقَهَا لَكُمْ فِيهَا دِفْءٌ وَمَنَافِعُ وَمِنْهَا تَأْكُلُونَ﴾

O, dördayaqlıları yaratdı. Onlar sizin üçün istilik və bəhrələnmə vasitəsidir, onlardan (ətindən və südündən) yeyirsiniz.”


● Ayə 6:

﴿وَلَكُمْ فِيهَا جَمَالٌ حِينَ تُرِيحُونَ وَحِينَ تَسْرَحُونَ﴾

Onları örüşdən gətirməyinizdə və örüşə aparmağınızda sizin üçün ləzzət var.”


Nöqtələr

● “Təsrəhun” mal-qaranı otlağa, örüşə göndərmək mə’nasını bildirir. “Turihun” dedikdə isə mal-qaranın örüşdən geri qayıtması nəzərdə tutulur.

● Heyvanların insanlara bir çox faydaları var. Heyvanların südü və əti qida üçün, dərisi və yunu ayaqqabı və libas üçün, beli yük üçün, ayaqları şum üçün, ifrazatı gübrə üçün istifadə olunur. Heyvanlarda bir bu qədər bərəkət olduğu halda onlar insana olduqca az zəhmət verirlər.

● Rəvayətlərdə ən yaxşı iş kimi əkinçilik, ardınca heyvandarlıq göstərilir. Bir şərtlə ki, vaxtlı-vaxtında zəkat ödənsin, məhrumlar yaddan çıxarılmasın.

Bildirişlər

1. Dördayaqlılar insan üçün yaradılmışdır.

2. Ne’mətlərə diqqət insanda yaradana eşq və bəndəlik ruhunu canlandırır.

3. Vegetarianlıq (ətyeməzlik) dəyər deyil. Allah heyvanların əti ilə qidalanmanı onların faydalarından sayır.

4. Cəmiyyətin rövnəqi onun istiqlalındadır, özünü tə’min edə bilməsində, istehsal və heyvandarlığın genişlənməsindədir.

5. Gözəllik və zinət fərd və cəmiyyətin təbii ehtiyaclarındandır.

6. Cəmiyyətin gözəlliyi onun yerində saymasında yox, sə’y və hərəkətindədir. Fərdin yox, bütünlüklə cəmiyyətin hərəkəti mühümdür.

7. Gözəllik qarını doyurmaqda yox, xalqın xidmətində dayanmaqdadır. Gözəllik başlı-başına buraxılmaqda yox, ağıllı çobanın nəzarəti altında olmaqdır.


● Ayə 7:

﴿وَتَحْمِلُ أَثْقَالَكُمْ إِلَى بَلَدٍ لَّمْ تَكُونُواْ بَالِغِيهِ إِلاَّ بِشِقِّ الأَنفُسِ إِنَّ رَبَّكُمْ لَرَؤُوفٌ رَّحِيمٌ﴾

Onlar sizin yüklərinizi ağır əziyyətsiz çatdıra bilməyəcəyiniz şəhərə daşıyırlar. Həqiqətən, sizin Rəbbiniz rəuf (rəf’ətli) və mehribandır.”


Bildirişlər

1. Dördayaqlılar təkcə insanı yox, onun yükünü də daşıyırlar.

2. Dördayaqlılar nə qədər güclü olsalar da, Allahın qüdrəti ilə ram olmuşlar.

3. Dördayaqlılar bəşəriyyət üçün rifah səbəbidir. (Bir ne’mətin dəyərini anlamaq üçün bir anlıq həmin ne’mətin olmamasını təsəvvür etmək lazımdır.)

4. Allah bəşəriyyətə borclu deyil, bütün ne’mətləri öz lütf və mərhəməti əsasında əta edir.
● Ayə 8:

﴿وَالْخَيْلَ وَالْبِغَالَ وَالْحَمِيرَ لِتَرْكَبُوهَا وَزِينَةً وَيَخْلُقُ مَا لاَ تَعْلَمُونَ﴾

Atları, qatırları və ulaqları sizin süvar olmağınız və sizə zinət üçün yaratdı. O sizin bilmədiyiniz şeylər də yaradır.”

Nöqtələr

● “Xəyl” sözü təkəbbür mə’nasını bildirir. Bu söz ayədə at mə’nasında işlədilmişdir. Sanki ata süvar olarkən böyüklük, təkəbbür hissi yaranır.

● “Biğal” sözü qatır mə’nasını bildirir. Qatır atla ulağın cütləşməsi nəticəsində yaranır. “Himar” sözünün cəm forması olan “həmir” sözü ulaqlar mə’nasında işlədilmişdir.

Bildirişlər

1. Yük və müsafir daşınması bəşəriyyətin ilkin ehtiyaclarındandır. Allah bu iş üçün heyvanlar xəlq etmişdir.

2. Miniyə süvar olmaq rifah, asayiş, bir növ zinət sayılır.

3. Zinət bəşəriyyətin fitri ehtiyaclarındandır.

4. Minik öncə hərəkət, sonra zinət üçün nəzərdə tutulmalıdır. (Təəssüf ki, bə’ziləri yalnız dəbdəbə xatirinə nəqliyyat vasitəsi əldə edirlər.)

5. Allah varlıq aləmində istədiyini edə bilir.

6. Əslində bugünkü nəqliyyat vasitələri (avtomobil, qatar, təyyarə, gəmi) bəşəriyyətin yox, Allahın məxluqlarıdır.


● Ayə 9:

﴿وَعَلَى اللّهِ قَصْدُ السَّبِيلِ وَمِنْهَا جَآئِرٌ وَلَوْ شَاء لَهَدَاكُمْ أَجْمَعِينَ﴾

Orta yol (doğru yolu göstərmək) Allahın öhdəsinədir. Əyri yollar da var. Allah istəsə hamınızı (məcburi şəkildə) doğru yola yönəldər. (Amma məcburi işin faydası yoxdur. Allahın sünnəsi, qanunu insanları azad buraxmaqdır.)


Nöqtələr

● Xalqın tərbiyəsi və hidayəti Allahın Özü üçün vacib saydığı işlərdəndir.1

● “Qəsd” dedikdə orta hədd nəzərdə tutulur. “Qəsdus-səbil” dedikdə isə orta, doğru yol mə’nası başa düşülür. Loğman öz oğluna orta yerişi tövsiyə edir.2

Bildirişlər

1. Maddi ne’mətlərlə yanaşı ən mühüm mə’nəvi ne’mət olan hidayətə diqqət yetirək.

2. Allah yalnız doğru yola yönəldir. Əyri yollar isə bizim öz seçimimizdir.

3. Allah insanların məcburi surətdə iman gətirməsini istəmir. Əgər Allah istəsəydi, hamını məcburi şəkildə hidayət edərdi. Demək, xalqın bir hissəsinin yolunu azması Allahın iradəsi üzərində qələbə və ya Onun acizliyi sayılmamalıdır.

4. Allah insanı yol seçimində azad buraxmışdır.


● Ayə 10:

﴿هُوَ الَّذِي أَنزَلَ مِنَ السَّمَاء مَاء لَّكُم مِّنْهُ شَرَابٌ وَمِنْهُ شَجَرٌ فِيهِ تُسِيمُونَ﴾

Sizin üçün səmadan su endirən Odur, içdiyiniz Ondandır. (Heyvanlarınızı) otardığınız otlar da Ondandır.”


Nöqtələr

● “İsamət” sözündən olan “tusimunə” sözü çəmənlikdə heyvanların otarılması mə’nasını bildirir. “Şəcər” sözünün ərəb dilində həm otlara, həm ağaclara, həm də kolluqlara aid olan ümumi mə’nası var. Məsələn, “Saffat” surəsinin 146-cı ayəsində balqabaq (boranı) haqqında danışılarkən “şəcərə” sözü işlədilmişdir.

Bildirişlər

1. Yağışın yağması təsadüfi deyil, Allahın iradəsi ilə gerçəkləşir.

2. Yağış insanların bəhrələnməsi üçün nazil olur.

3. Eyni bir sudan insan da, bitki də, heyvan da istifadə edir.


● Ayə 11:

﴿يُنبِتُ لَكُم بِهِ الزَّرْعَ وَالزَّيْتُونَ وَالنَّخِيلَ وَالأَعْنَابَ وَمِن كُلِّ الثَّمَرَاتِ إِنَّ فِي ذَلِكَ لآيَةً لِّقَوْمٍ يَتَفَكَّرُونَ﴾

Allah həmin su vasitəsi ilə sizin üçün əkinəcəklər, zeytun, xurma, üzüm və hər növ meyvə cücərdir. Həqiqətən, düşünən insanlar üçün bu işdə aşkar nişanələr var.”


Nöqtələr

● Müxtəlif meyvələr və otlar sırasından Allah zeytun, xurma və üzümü yada salır. Mütəxəssislərin nəzərincə, insan orqanizmi üçün zeytun, xurma və üzüm qədər faydalı meyvə çox azdır.1 Qur’anın “Nur” surəsinin 35-ci ayəsində zeytun “mübarək ağac” kimi xatırlanır və onun yağına işarə olunur.

Bildirişlər

1. Cücərtmək əkinçinin yox, Allahın işidir.

2. Müxtəlif növ otlar, ağaclar və meyvələr insan üçün yaradılmışdır.

3. Məhsul və bəhrə dayanacaq yox, keçid, məqsəd yox, yol göstəricisidir.

4. Görmək və bilmək bəs etmir, varlıq aləmi haqqında düşünmək zəruridir.
● Ayə 12:

﴿وَسَخَّرَ لَكُمُ اللَّيْلَ وَالْنَّهَارَ وَالشَّمْسَ وَالْقَمَرَ وَالْنُّجُومُ مُسَخَّرَاتٌ بِأَمْرِهِ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يَعْقِلُونَ﴾

O (Allah) gecə və gündüzü, günəş və ayı sizə xidmət və bəhrə vermək üçün qərarlaşdırdı. Ulduzlar Onun əmri ilə ram olmuşlar. Əlbəttə, bu işdə düşünən qrup üçün Onun qəti nişanələri var.”


Nöqtələr

● Günəş və ayın tabe edilməsi dedikdə, insanların onlardan bəhrələnməsi nəzərdə tutulur. Əlbəttə ki, milçək yaratmaqda aciz olan insan günəş və ayı özünə tabe edə bilməz. Allah Öz lütfü ilə günəş və ayı bəşəriyyətin xidmətində qərar vermişdir.

Bildirişlər

1. İstər göy, istərsə də yer - bütün varlıq aləmi insan üçün yaradılmışdır.

2. Varlıq aləmi Allahın tabeçiliyində və nəzarəti altındadır.

3. Varlıq aləmindən Allahın əmri ilə bəhrələnmək olar.

4. Varlıq nizamı tövhid sinfidir.

5. Varlıq aləmindəki nizam yalnız düşüncə əhlinin inkişafı üçün səbəb olur. Darbaxış və adi insanlar bu nizamdan nəticə çıxara bilmirlər.


● Ayə 13:

﴿وَمَا ذَرَأَ لَكُمْ فِي الأَرْضِ مُخْتَلِفًا أَلْوَانُهُ إِنَّ فِي ذَلِكَ لآيَةً لِّقَوْمٍ يَذَّكَّرُونَ﴾

Yer üzündəki müxtəlif əlvanlıqları da sizin üçün yaratdı. Əlbəttə, bu yaranmışlarda öyüd götürənlər üçün ibrət və aydın nişanələr var.”

Bildirişlər

1. Allah müxtəlif rəngləri insan üçün yaratmışdır.

2. Varlıq aləmindəki çeşidli rənglər Allahın qüdrət və hikmət nişanəsidir. Zavodun istehsal etdiyi malların çeşidinin çoxluğu onun istehsal gücünü göstərir.

3. Rənglər arasındakı fərqlər fərdlərin və məhsulların bir-birindən seçilməsi üçün ilahi ne’mətdir.

● Ayə 14:

﴿وَهُوَ الَّذِي سَخَّرَ الْبَحْرَ لِتَأْكُلُواْ مِنْهُ لَحْمًا طَرِيًّا وَتَسْتَخْرِجُواْ مِنْهُ حِلْيَةً تَلْبَسُونَهَا وَتَرَى الْفُلْكَ مَوَاخِرَ فِيهِ وَلِتَبْتَغُواْ مِن فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ﴾

Dənizdən təzə ət yeməyiniz, taxmaq üçün zinət şeyləri çıxarmağınız üçün onu sizə ram edən Allahdır. Dənizin sinəsini yarıb gəmilərin getdiyini görürsən. (Allah bu cür etdi ki,) Onu fəzl və lütfünü arayasınız və bəlkə, (bundan sonra) şükür edəsiniz.”


Nöqtələr

● İnsanın həyatında dənizin mühüm rolu var. Dənizin suyu buxar, bulud və yağış qaynağıdır. Dənizin dibi insanı ən ləziz balıqlarla tə’min edir, onun səthi ən ucuz nəqliyyat vasitəsidir. Bütün bunlar Allahın tədbir və qüdrəti sayəsində başa gəlir və insanın bu sahədə heç bir rolu yoxdur.

● “Məvaxir” dedikdə sağdan və soldan yarmaq mə’nası anlaşılır.

Bildirişlər

1. Dənizlər bütün əzəmət və coşqunluğu ilə ram edilmiş və insanın xidmətinə verilmişdir.

2. Dəniz təzə və sağlam ətlə tə’min edən ən mühüm mənbədir.

3. Allah insanın təkcə su və qida kimi ilkin ehtiyaclarını yox, həm də zinət istəklərini belə tə’min etmişdir.

4. Dəniz ən üstün təbii zinətləri insana hədiyyə edir.

5. Ümumi qanuna əsasən, haramlığına xüsusi dəlil olmayan dəniz heyvanı halal sayılır.

6. Ətin təzəliyi də bir dəyərdir.

7. İnsan çalışmalı olsa da, ruzi verən Allahdır.

8. Ləzzətlər də məqsədli olmalıdır.


● Ayə 15:

﴿وَأَلْقَى فِي الأَرْضِ رَوَاسِيَ أَن تَمِيدَ بِكُمْ وَأَنْهَارًا وَسُبُلاً لَّعَلَّكُمْ تَهْتَدُونَ﴾

Və yer (zəlzələ ilə və öz oxu və günəş ətrafındakı hərəkətinin pozulması nəticəsində) sizi titrətməsin deyə, onda möhkəm və sabit dağlar saldı. Və həmçinin çayları və yolları bəlkə (dünyəvi məqsədlərinizə və Allahın əzəmətinə) yol tapasınız (deyə qoydu).”


Nöqtələr

● Dağlar yerin tarazlıqda və aram qalmasına kömək edir. “Məyd” dedikdə sağa-sola hərəkət və iztirab nəzərdə tutulur. “Ən təmidə bikum”, yə’ni sizin üçün aramlıq səbəbidir və yerin silkələnməsinin qarşısını alır. Həzrət Əli (ə) dağlar barəsində belə buyurur: “Allah yerin tərpənişini böyük dağlar və möhkəm daşlarla sabitləşdirdi.”1 Dağlar yerdə kök ataraq onun çatlarına yerimişdir.

● Yerin iztirabının möhkəm dağlara ehtiyacı olduğu kimi, yer üzü sakinlərinin iztirabının da möhkəm və ilahi insanlara ehtiyacı var. Belə insanlar cəmiyyət üçün aramlıq səbəbidir. Rəvayətlərdə deyilir: “Allah yer əhlini iztirabdan qurtarmaq üçün Peyğəmbər (s) Əhli-beytini yer üzündə sütun qərar vermişdir.”2

● İnsanın həyatında dağların mühüm rolu var. Onların qoynunda toplanmış qar kütlələri yazda yağışlar üçün mənbə olur. Dağlar müxtəlif formaya malik olduqlarından müsafirlər üçün yol nişanı kimi istifadə edilir. Bir anlıq təsəvvür edin ki, bütün yer üzü hamardır!

Bildirişlər

1. Dağlar kor-koranə təsadüf yox, hikmətli tədbir məhsuludur.

2. Dağlar sabit və möhkəm olduğundan yeri və onun sakinlərini iztirabdan qoruya bilir. (Bəli, cəmiyyəti yalnız sabitqədəm və möhkəm şəxs iztirabdan qurtara bilər.)

3. Dağların qoynundakı enişlər suyun çaylarda axımına səbəb olur.

4. Dağlar ilk baxışdan yol üstə maneə kimi görünsə də, əslində yol göstəricisidir.

5. Dağlar həm zahiri, həm də mənəvi hidayət səbəbidir.

(Dağlar biyabanlarda ən yaxşı yol göstəricisi, eləcə də, allahşünaslıq və Allahın əzəmətinə diqqət yoludur.)
● Ayə 16:

﴿وَعَلامَاتٍ وَبِالنَّجْمِ هُمْ يَهْتَدُونَ﴾

«Digər nişanələr (qərar verildi) və onlar ulduzlar vasitəsi ilə yol taparlar.»
Nöqtələr

● Düzənliklərdə hərəkət və yolu tapmaq üçün əlamətlərə ehtiyac var. Allah bu ayədə gündüz və gecə yol göstərən iki əlamətə işarə edir.

● Təkcə düzənlikdə yol tapmaq üçün yox, həm də haqqı batildən seçmək üçün əlamətlərə ehtiyacımız var. İslam Peyğəmbəri (s) özündən sonra əlamətlər qeyd etdi. Tərəddüddə qalan insanlar bu əlamətlərə nəzər salmaqla haqqı tanımalıydılar. Bu əlamətlərdən birincisi həzrət Zəhradır (s). İslam Peyğəmbəri (s) qızı Zəhra (Fatimə) (s) haqqında buyurur: “Onun razılığı mənim razılığım, onun qəzəbi mənim qəzəbimdir.” Həzrət Peyğəmbərin (s) təqdim etdiyi digər bir əlamət Əbuzər Qəffaridir. İslam Peyğəmbəri (s) onun haqqında buyurur: “Səmanın kölgə saldığı ən doğru şəxs Əbuzərdir.” Əbuzərin kimi himayə etməsinə diqqətli olmalıyıq. Bu böyük insanı kim sürgün etdi? Digər bir əlamət Əmmar Yasirdir. Həzrət Peyğəmbər (s) buyurur: “Əmmarın qatili azğın qrupdur.” Xalq şahid oldu ki, Əmmar Siffeyn döyüşündə Müaviyə qoşunu tərəfindən öldürüldü. Peyğəmbərdən (s) sonra haqqın ən aşkar əlaməti imam Hüseyn (ə) olmuşdur. Həzrət Peyğəmbər (s) Hüseyn (ə) haqqında buyurur: “Hüseyn məndəndir, mən də Hüseyndən.” İmam Sadiq (ə) buyurur: “Biz əlamətlərik.”

● Ulduzlar da qibləni müəyyənləşdirmək üçün vasitədir. Heç bir əlamət olmayan dənizlərdə və səhralarda ən yaxşı əlamət ulduzlardır.

Bildirişlər

1. Necə ola bilər ki, insanların dünyəvi baxımdan hidayəti (doğru yola yönəldilməsi) üçün əlamətlər müəyyənləşdirən Allah onların mənəvi hidayətinə diqqət yetirməsin?

2. İslam nücum, ulduzşünaslıq elminə diqqət ayırır.
● Ayə 17:

﴿أَفَمَن يَخْلُقُ كَمَن لاَّ يَخْلُقُ أَفَلا تَذَكَّرُونَ﴾

Məgər yaradan yaratmayan kimidir? Yoxsa öyrənmir, öyüd götürmürsünüz?”

Nöqtələr

● “Nəhl” surəsinin hazırkı ayəyədək beş ayəsində ilahi ne’mətlər sadalanır. Bu ayədə ümumi bir nəticə əldə olunur və sual şəklində bəyan olunur ki, yaradan kəs yaratmaq qüdrəti olmayan bütlər və zalım qüvvələr kimi ola bilərmi? Hansı əsasla Allahın yox, uydurma mə’budların sorağınca gedirsiniz?

Bildirişlər

1. Təbliğ prosesində cüzi məsələlərdən başlanılmalı, sonradan külli məsələlərə keçilməlidir. Əvvəlcə nümunələri bəyan edin, sonra ümumi nəticə çıxarın. Yalnız on beş ayədə Allahın ne’mətləri yada salındıqdan sonra Onun misilsiz Yaradan olması önə çəkilir.

2. Təbliğ zamanı qarşı tərəfin vicdanını mühakiməyə çəkin, ağıl və fitrətini oyadın.

3. Ağıl və vəhy bir-birinə uyğundur. Qur’an nə bəyan edirsə, ağıl onu bəyan edir.

4. Yaranış başa çatmamışdır, davam etməkdədir.

5. Bütün insanların daxilində allahşünaslıq və allahpərəstlik var. Bu meylləri oyatmaq üçün yalnız xatırlatmaq lazımdır.


● Ayə 18:

﴿وَإِن تَعُدُّواْ نِعْمَةَ اللّهِ لاَ تُحْصُوهَا إِنَّ اللّهَ لَغَفُورٌ رَّحِيمٌ﴾

Allahın ne’mətlərini saymaq istəsəniz saya bilməzsiniz. Həqiqətən, Allah bağışlayan və mehribandır.”


Nöqtələr

● “İbrahim” surəsinin 33-cü ayəsi də bu ayə’nin oxşarıdır. Amma bu ayə’nin sonu “Həqiqətən, Allah bağışlayan və mehribandır” cümləsi ilə bitirsə, nəzərə çatdırılan ayə “Həqiqətən, insan zalım və nankordur” cümləsi ilə başa çatır. Bəli, ne’mət Allahın lütf və rəhmət nişanəsidir. Amma insan nankorluq göstərir, özünə və cəmiyyətə zülm edir.

● Allahın ne’mətlərini sayıb qurtarmaq mümkünsüz olsa da, bu ne’mətləri xatırlamaq lazımdır. “Zuha” surəsinin 11-ci ayəsində buyurulur: “Rəbbinin sənə olan ne’mətlərindən danış.” Ne’mətlərin xatırlanması “Əminullah” ziyarətnaməsində də qeyd olunur.

● Əgər insan ilahi ne’mətləri saymaqda gücsüzdürsə, təbii ki, bu ne’mətlərin şükrünü yerinə yetirməkdə daha çox acizdir.


Əlindən, dilindən gələn qədəri

Şükr qıl, düşünmə yoxdur əsəri.

Bəndə təqsirini ərz etsə Haqqa,

Əlbət ki, mərhəmət gələr sorağa.

Şübhəsiz, Allaha layiqli qədər,

Şükr üçün kimsədə tapılmaz təpər.
Bildirişlər

1. İlahi ne’mətləri sayıb qurtarmaq olmaz.

2. Bildiyinizə görə şükür edin, bilmədiyinizə görə Allah keçər.
● Ayə 19:

﴿وَاللّهُ يَعْلَمُ مَا تُسِرُّونَ وَمَا تُعْلِنُونَ﴾

Allah sizin gizlətdiklərinizi və aşkarladıqlarınızı bilir.”


Bildirişlər

1. Allahın elmi istər aşkar, istər gizli – bütün işləri əhatə edir.

2. Əgər Allahın bizim bütün işlərimizdən xəbərdar olduğunu bilsək, təqva yolunu seçərik.

3. Allah bizim niyyət və məqsədlərimizdən də xəbərdardır.


● Ayə 20:

﴿وَالَّذِينَ يَدْعُونَ مِن دُونِ اللّهِ لاَ يَخْلُقُونَ شَيْئًا وَهُمْ يُخْلَقُونَ﴾

Allahın əvəzində çağırdıqları kəslər heç nə yaratmamışlar və özləri də yaradılmışlar.”


● Ayə 21:



﴿أَمْواتٌ غَيْرُ أَحْيَاء وَمَا يَشْعُرُونَ أَيَّانَ يُبْعَثُونَ﴾

Onlar diri yox, ölüdürlər və nə vaxt ayağa qaldırılacaqlarını bilmirlər.”


Nöqtələr

● Bütpərəstlər bütləri insan şəklində düzəltdiklərindən onları şüur sahibi sayırdılar. Ona görə də Allah bu ayədə bütləri diri və şüurlu mövcudlara münasibətdə olduğu kimi ölülər adlandırır.

● Cahil üçün məsələni təkrarlamaq lazımdır. Bu məqsədlə “yaratmamışlar” sözü ilə yanaşı “yaradılmışlar”, “ölüdürlər” sözü ilə yanaşı “diri deyildirlər” sözləri zikr olunmuşdur.

Bildirişlər

1. Bütlərin nə qüdrəti, nə həyatı, nə elmi, nə də şüuru var. (Hansı ki, elm, qüdrət və həyat pərəstiş şərtidir.)

2. Qeyri-ilahi məbudlar hər nədirsə də ölüdürlər.

3. Qiyamətdə hətta bütlər də səhnəyə gətirilər.1
● Ayə 22:

﴿إِلَهُكُمْ إِلَهٌ وَاحِدٌ فَالَّذِينَ لاَ يُؤْمِنُونَ بِالآخِرَةِ قُلُوبُهُم مُّنكِرَةٌ وَهُم مُّسْتَكْبِرُونَ﴾

Sizin mə’budunuz yeganə mə’buddur. Axirətə imanı olmayanların qəlbləri yana çevrilmişdir və onlar təkəbbür əhlidirlər.”


Nöqtələr

● Ötən ayələrdə qeyri-ilahi mə’budların yarada bilməməsi və bixəbərliyi qeyd olundu. Bu ayədə isə deyilir ki, sizin həqiqi mə’budunuz bir olan Allahdır.

● “Kibr” dedikdə özünü böyük bilmək nəzərdə tutulur. “Təkəbbür” isə kibr tə’sirlərinə əməl etməkdir. İnsanın hansısa vasitələrlə öz böyüklüyünü sübuta yetirmək istəməsi “istikbar” sözü ilə ifadə olunur.

● Rəvayətlərdə deyilir ki, imam Hüseyn (ə) yoxsulların yanından keçərkən onlar təam yeyirdilər. Onlar həzrəti süfrəyə də’vət etdilər. İmam (ə) onlarla yanaşı əyləşdi və təamlarından dadıb buyurdu: “Allah təkəbbürlüləri sevmir.”2

Bildirişlər

1. Ölümdən sonrakı həyatı – məadı inkar etmək əslində yaranışı inkar etməkdir. Tövhid və məad bir-birinə bağlı prinsiplərdir.

2. Küfrün qaynağı cəhalət yox, kibrdir. Nəzərdə tutulan - həqiqətdən xəbərsizlik yox, həqiqətin inkarıdır.

3. Axirətə iman təkəbbür və istikbarı aradan qaldırır.


● Ayə 23:

﴿لاَ جَرَمَ أَنَّ اللّهَ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ إِنَّهُ لاَ يُحِبُّ الْمُسْتَكْبِرِينَ﴾

Şübhəsiz, Allah onların gizlətdiklərini və aşkarladıqlarını bilir. Həqiqətən, O, təkəbbürlüləri sevmir.”


Nöqtələr

● “Cərm” dedikdə meyvəni ağacdan kəsmək və ya qoparmaq nəzərdə tutulur. “Lə cərəmə”, yə’ni məsələ qətidir və şübhə yeri yoxdur.

● Bu ayə kafirləri hədələyir ki, Allah onların işlərindən agahdır. Eləcə də, mö’minlərə müjdə verilir ki, Allah onların düşmənlərinin vəziyyətindən agahdır və onları cəzalandırmağa qadirdir.
● Ayə 24:


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin