Мөһсүн Гәраәти: Намазын сирләриндән ишарты



Yüklə 1,03 Mb.
səhifə38/146
tarix10.01.2022
ölçüsü1,03 Mb.
#108480
1   ...   34   35   36   37   38   39   40   41   ...   146
4. Peyğəmbər (s) xəttində olsun

Xalqın istəyinə və mühitin tələbinə uyğun, ata-babalardan irs qalmış şəkildə ibadətlər yox, din övliyaları və Peyğəmbər (s) sünnəsi xəttində olan ibadətlər kamildir. İbadət hər nə qədər mə’sumların üsuluna yaxın olarsa, bir o qədər dəyərlidir.



5. Öncüllük

İbadət və yaxşı işlərdə öncüllük dəyərdir. Bu qəbil işlərdə önə keçmək kamillik me’yarıdır. Qur’an təkrar-təkrar “sariu” və “sabiqu” göstərişi verir. Qur’an buyurur: “Sizlərdən fəthdən (Məkkənin fəthindən) əvvəl (Allah yolunda) infaq edənlər və vuruşanlar (başqaları ilə eyni deyillər). Onlar (mallarını Allah yolunda) fəthdən sonra infaq edib döyüşənlərdən dərəcə e’tibarı ilə daha üstündürlər. Bununla belə, Allah onların hamısına ən gözəl mükafat və’d buyurmuşdur.”2 Demək, yaxşı işlərdə (infaq və cihad) öncüllük kamillik me’yarıdır. Həzrət Əli (ə) buyurur: “Xeyir iş üç halda daha dəyərli olur: sür’ətlə görüldükdə, görülmüş işi kiçik hesab etdikdə (qürrələnmədikdə) və gizli şəkildə olanda.”3 Buna görə də ən yaxşı namaz vaxtında qılınan namazdır. Namazın vaxtından ötdükcə onun fəziləti azalır. Bizim rəsmi şüarımız sayılan azanda deyirik: “Namaza, qurtuluşa və yaxşı işlərə doğru tələs!”




Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin