Мөһсүн Гәраәти: Намазын сирләриндән ишарты



Yüklə 1,03 Mb.
səhifə46/146
tarix10.01.2022
ölçüsü1,03 Mb.
#108480
1   ...   42   43   44   45   46   47   48   49   ...   146

NAMAZIN ƏHƏMİYYƏTİ


Nəql olunmuş ayə və hədislərdən əlavə, ilahi övliyaların rəftarı namazın əhəmiyyətini və məqamını bəyan edir. Namaz peyğəmbərlərin proqramlarındandır. Həzrət İsa (ə) beşikdə deyir: “Mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə etdi.”4

İmam Hüseyn (ə) da aşura günü günorta mübarizə meydanında, düşmən oxlarının qarşısında namazı tərk etmədi.

Həzrət İbrahim (ə) zövcəsini və uşağını heç bir ot və su olmayan qızmar Məkkə çöllərində qoyub dedi: “Ey Rəbbimiz! Mən əhli-əyalımdan bə’zisini (İsmaili və anası Hacəri) sənin Beytul-həramının (Kə’bənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim. Ey Rəbbimiz! Onlar namaz qılsınlar deyə belə etdim.”5

Namaz zamanı mə’sum rəhbərlərimizin rəngi qaçar, deyərdilər: “İlahi əmanəti qaytarmaq, Allah dərgahında hazır olmaq vaxtıdır.”6

Bə’ziləri namazı behişt tamahı ilə və ya cəhənnəm qorxusundan qılırlar. Lakin Əmirəl-mö’minin (ə) Allahı ibadətə layiq bilib namaz qılırdı.1

Bu həyatverici proqramı işə salmaq üçün İslam ata-analara tövsiyə edir ki, öz uşaqlarını yetkinlikdən öncə (məsələn, 8 yaşda) namaza vadar etsinlər. Bə’zən e’tinasızlıq göstərdikləri üçün onlara qəzəblənsinlər.2

Namaz qılan şəxs varlığın qaynağı ilə əlaqədədir. Necə ki, təyyarəçi sükan olan otaqla əlaqədədir.

Namaz günahların bağışlanma səbəbidir. Namaz günahların pis tə’sirlərini təmizləyir. Qur’an namazı əmr edəndən sonra buyurur: “Həqiqətən, yaxşı əməllər pis işləri yuyub aparar.”3



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin