Мөһсүн Гәраәти: Намазын сирләриндән ишарты



Yüklə 1,03 Mb.
səhifə57/146
tarix10.01.2022
ölçüsü1,03 Mb.
#108480
1   ...   53   54   55   56   57   58   59   60   ...   146

BÜTÜN HALLARDA DƏSTƏMAZ


Dəstəmaz sayəsində əldə edilən batini səfa və nur çox dəyərlidir. Buna görə rəvayətlərdə tə’kid olunur ki, insan daim dəstəmazlı olsun. Dəstəmaz nura oxşadılır.1 Dəstəmazlı yatmaq gecəni ibadət üçün oyaq qalmaq hesab olunur.2

Dua, Qur’an tilavəti, ziyarət və bir çox başqa xeyir işlər və ibadətlər zamanı dəstəmazlı olmaq tövsiyə edilir.3

Dəstəmazsız Qur’an ayələrinə, Allahın, peyğəmbərin və imamların adlarına əl vurmaq qadağandır.4 Əgər Allahın adı müxtəlif şəkillərdə (məsələn, bayraqda, gerbdə) yazılarsa, yenə də həmin hökm qüvvədə qalır.

Dəstəmaz Allah dərgahına giriş icazəsi kimidir. Onun ayrı-ayrı hissələri üçün kitablarda xüsusi dualar bəyan olunmuşdur. Dəstəmaz məsələləri çoxdur. Burada onların hamısını açıqlaya bilmərik. Lakin qeyd etmək lazımdır ki, dəstəmaz zamanı suyu israf etmək haramdır. Allahın rəsulu (s) buyurur: “Dəstəmaz üçün 10 “sir” (1 sir 75 qramdır), qüsl üçün 3 kq. su bəsdir. Lakin gələcəkdə mənim yolumun əksinə gedib bu miqdarı az sayaraq, çox su istifadə edən şəxslər olacaq.”5

Namazda paklıq bir neçə mərhələdən ibarətdir:

Çirk və nəcasətdən zahiri paklıq.

Üzvlərin günahdan paklığı.

Ruhun əxlaqi fəsaddan paklığı.1 Necə ki, dualarda oxuyuruq: “İlahi, qəlbimi şirkdən pak et.” Namazda paltarın və bədənin pak olması lazımdırsa, demək, ondan da zəruri qəlbin və canın təkəbbür, riya, həsəd və kindən paklanmasıdır. Məgər zahirlə batinin fərqli olması münafiqlik deyil?


QÜSL


Bə’zən dəstəmaz əvəzinə qüsl verilməlidir. Bu hallardan biri cənabət halıdır. Risalələrdə göstərildiyinə uyğun olaraq, bütün bədən yuyulmalıdır. Bə’zi hədislərdə deyilir ki, cənabət zamanı hər bir tükün altından və bütün bədəndən sperma xaric olur.2 Sidiyin isə xüsusi və dar kanalı var. Bəlkə də elə buna görə qüsl verərkən bütün bədən yuyulmalıdır. Ya da bu hədislər cənabət zamanı simpatik sinirlərin bütün bədəndə fəaliyyət göstərməsinə işarədir.

Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin