Мөһсүн Гәраәти: Намазын сирләриндән ишарты



Yüklə 1,03 Mb.
səhifə58/146
tarix10.01.2022
ölçüsü1,03 Mb.
#108480
1   ...   54   55   56   57   58   59   60   61   ...   146

Təyəmmüm


Dəstəmaz və ya qüsl üçün su olmadıqda, vaxt çatışmadıqda, suyun sağlamlığa ziyanı olduqda, suyun qiyməti həddindən artıq baha olduqda, içmək üçün lazım olduqda və bu kimi digər hallarda təyəmmüm edilməlidir. Yə’ni risalələrdə göstərilmiş qaydaya uyğun olaraq əllərin iç üzü pak torpağa vurulur, sonra alına və əllərin arxasına çəkilir. Təyəmmüm edilən torpaq pak olmalıdır!

Hədisdə deyilir ki, həzrət Əli (ə) küçələrin kənarındakı torpaqla (adətən, çirkli torpaqla) təyəmmümü qadağan etmişdir.


Namaz libası və namaz qılınan məkan


Kişi namaz qılarkən övrətini (ayıb yerini) örtməlidir. Daha yaxşı olar ki, göbəkdən dizə qədər örtünsün.

Qadın üz, əllər və topuğa qədər ayaqlarından başqa bütün bədənini örtməlidir.1 Namaz qılarkən pak və halal paltar geymək lazımdır. Yaxşı olar ki, namaz qılan şəxsin paltarı ağ, təmiz, xoş ətirli olsun və əqiq üzük taxılsın. Qara, çirkli, dar paltarlardan və təmizliyə riayət etməyən şəxslərin paltarlarından istifadə edilməsin.

Üzərində namaz qılınan taxta, xalça və məkan halal olmalıdır.2 Xüms və ya zəkat borcu olan ölünün mülkünə sahib çıxmaq haramdır və orada qılınan namaz batildir.3 Xüms və zəkatı verilməmiş pulla alınan mülkə sahib olmaq haramdır və orada qılınan namaz batildir.

Məkan və libasa aid məsələlər çoxdur. Bu nöqtələrdə Allah qarşısında təslimçilik ruhiyyəsindən əlavə keyfiyyətlər də var:




Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin