Мөһсүн Гәраәти: Намазын сирләриндән ишарты


“ƏL-HƏMDU LİLLAHİ RƏBBİL-ALƏMİN”



Yüklə 1,03 Mb.
səhifə87/146
tarix10.01.2022
ölçüsü1,03 Mb.
#108480
1   ...   83   84   85   86   87   88   89   90   ...   146

“ƏL-HƏMDU LİLLAHİ RƏBBİL-ALƏMİN”


Həmd və sitayiş bütün aləmləri tərbiyə edən Allaha məxsusdur.

İnsanın təkamülü üçün yaranış nizamını, yerin hərəkətini, günəş, hava, bitkilər, çaylar və maddi ne’mətləri qərar verdi.

Ruhun təkamülü üçün səmavi kitablar, acı və şirin ibrətli hadisələr müəyyənləşdirdi. Bəşərin hidayəti üçün ağıl və fitrətə əsaslanan möhkəm qanunlar və din göndərdi. Yeri dəlilsiz qoymadı; saysız aşkar və gizli ne’mətləri minnətsiz olaraq insanların ixtiyarına verdi. Əgər varlıq aləmində zərrəcə nizamsızlıq yaransa hər şey məhv olar.

Dağların, bitkilərin, atomların, ulduzların, suyun, torpağın, fəsillərin, gecə-gündüzün, bədən üzvlərinin, müxtəlif meyllərin və müxtəlif hidayətlərin gözəl və möhkəm nizamı Onun aləmlərin Rəbbi olduğunu göstərir.

Dəqiq nizamla yaranmış bədən üzvlərimiz insanı heyrətə gətirir.

Qulağın, gözün, qəlbin, tənəffüs sisteminin, damarların, sinirlərin, beş duyğu üzvünün və sair orqanların cilası Allahın qeyri-adi tədbirini göstərir.

Təəssüf ki, insan şükür əvəzinə küfr edir.1 Allaha yaxınlaşmaq əvəzinə üz çevirir: “İnsana bir ne’mət verdiyimiz zaman üz çevirib uzaq gəzər.”2 İlahi eşq və Allaha sitayiş əvəzinə düşmənçilik edir;3 təvazökarlıq əvəzinə təkəbbür göstərir: “Ey insan! Səni kərim olan Rəbbinə münasibətdə aldadan (və ya məğrur edən) nədir?”4

İnsan ehtiyacı ödənən kimi, tüğyan edir: “Həqiqətən insan azğınlıq edər. Özünün dövlətli olduğunu (bir şeyə ehtiyaclı olmadığını) gördüyü üçün!”5 Allahın ne’mətlərini öz əziyyətinin bəhrəsi hesab edir.6 “Ayıq ol!” çağırışlarını qəlbən eşitmir.7

Bu naşükür insan azca yaxşılığa görə hamıya təşəkkür etdiyi halda əsil ne’mət sahibi olan Allahı unudur.

Təəssüf ki, insan haqq yolu azmış, düşüncə və fitrət işığını söndürmüş, gözünü və qəlbini bağlamışdır. O, qəlbini ona-buna bağlayır və Allaha yox, şeytani və insani qüvvələrə arxalanır.

“Əl-həmdu lillahi Rəbbil-aləmin” cümləsi insanı qəflətdən uzaqlaşdırır, ne’mətləri yada salır və bizə Allahın rəbliyini xatırladır.

Allah aləmlərin Rəbbidir. Bütün varlığın, bütün yaranmışların və hər bir şeyin Rəbbidir: “O hər şeyin Rəbbidir.”8 Cahiliyyət dövründə hər bir şey üçün ayrıca rəbb olduğunu güman edirdilər. Allah bütün mövcudları, heyvanları və varlıqları idarə edir. Hər bir şeyin hakimi və idarə edəni Odur. Həm yaradır, həm idarə, həm də tərbiyə edir.



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   146




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin