Məcaz – sözün məcazi mənası əsasında yaranan bədii təsvir vasitələrinə – epitet,
təşbeh, metafor, metonimiya, simvola deyilir.
Mövzu 5: Sosial şəbəkələrdə işgüzar kommunikasiya. İcmal: 1. Sosial şəbəkələrin işgüzar kommunikasiyada rolu. 2. Sosial şəbəkə yazışmalarının linqvistik tələb və göstəriciləri. 3. Nitqin düzgünlüyü və dəqiqliyinin qorunması şərti ilə yığcamlığına nail olmağın yolları. 4. Qısaltma və simvollardan istifadə. 5. Nitq etiketləri. “Sosial şəbəkə” anlayışının özü hələ 1954-cü ildə yaranmışdır, mənası müasir mənasından uzaq anlamda idi. Ceyms Barnsın verdiyi tərifə görə “Sosial şəbəkə” – “sosial obyektlərdən (insan və ya təşkilatlardan) və onlar arasındakı əlaqələrdən (yəni, sosial qarşılıqlı münasibətlərdən) ibarət kəsişmə nöqtələrindən təşkil olunan sosial strukturdur”. Bəsit dildə desək, sosial şəbəkə – öz aralarında tanış olan insan qrupudur.
Müasir dünyada internet vasitəsi ilə əlaqə saxlamaq artıq gündəlik həyat normasına
çevrilmişdir.
Hazırda sosial şəbəkələrin sayı çoxalmaqdadır. 2008-ci ildən başlayaraq
istifadəçilərə müxtəlif imkanlar təklif edən yeni növlər meydana gəldi.
Bununla əlaqədar olaraq sosial şəbəkələri bir neçə təsnifat tipinə ayırmaq olar. Ən
sadə təsnifat üsulu – tip üzrə təsnifatdır. Təklif etdikləri imkanlar baxımından bir
neçə sosial şəbəkə qrupunu ayırd etmək olar:
– Şəxsi ünsiyyət (Classmates.com) – İşgüzar ünsiyyət (LinkedIn) – Xəbərlər (Reddit) – Video (YouTube) – Audio (Last.fm) – Foto (Flickr) – Əyləncə (MySpace) – Əlfəcin (Delicious) – Bazarlıq (Groupon) – Blogginq (Tumblr)