Mövzu 15. Marketinq və CƏmiyyəT: marketinq etikasi və sosial məsuliyyəT



Yüklə 54,58 Kb.
səhifə19/24
tarix10.01.2022
ölçüsü54,58 Kb.
#107862
1   ...   16   17   18   19   20   21   22   23   24
Novator marketinq. Novator marketinq şirkətlərdən real məhsul və marketinq me­tod­larını daima təkmilləşdirməyi tələb edən maarifləndirilmiş marketinq prinsipidir. Biz­nesdə yeni və qabaqcıl yollar axtarmayan şirkətlər sonda öz istehlakçılarını rə­qib­lə­rə vermiş olacaqlar. Novator marketinqə ən yaxşı misal olaraq “Colgate-Palmolive”-i göstərmək olar. Son illər “Colgate” qismən yeni məhsul mexanizmlərini tətbiq edir. Dün­ya miqyasında 10 il bundan əvvəl “Colgate”-in gəlirləri 26% təşkil edirdisə, yeni məh­sulların tətbiq olunmasından sonra bu rəqəm 35%-i keçmişdir. Ötən bir neçə il ər­zin­də “Colgate Total” da daxil olmaqla, şirkət çoxlu novator və yüksək səviyyədə uğur qa­zanan yeni məhsullar istehsal edib. Bəlkə də “Total” şirkətin inkişafa daima bağlı ol­duğunu göstərən ən yaxşı nümunədir. Marketinq sahəsində aparılan araşdırmalar is­teh­­lakçıların demoqrafik vəziyyətinin və qayğılarının (yaşlı əhalinin artması, sağ­lam­lıq şüuru və yaxşı təhsil almış istehlakçılar) dəyişdiyini göstərmişdir. Bu tip is­teh­lak­çı­lar arasında diş çürümələrinin qarşısının alınması, kalsiuma nəzarət, təravətli nəfəs və uzun müddətli effekt də daxil olmaqla faydalı göstəricilərin kombinasiyasını təqdim edən “Total”-dan istifadə sürətlə artmışdır. Şirkət həmçinin yeni məhsullar üçün no­va­tor marketinq proqramı hazırlamışdır. Bu proqrama öz ağız boşluğunun dişlərinin sağ­lam­lığına böyük əhəmiyyət verən ziyalı istehlakçılar üçün sağlamlıq ilə bağlı ma­te­rial­lar dərc edən jurnallarda reklamların verilməsi daxil idi.


Yüklə 54,58 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin