Mövzu 2: HÜquq sistemiNİn konstitusiya əsaslari



Yüklə 408,06 Kb.
səhifə78/82
tarix26.11.2023
ölçüsü408,06 Kb.
#136505
1   ...   74   75   76   77   78   79   80   81   82
H-QUQ-S-STEM-N-N-KONST-TUS-YA-SASLARI

Xüsusi hissə odur ki, bu hissəyə daxil olan inzibati hüquq normaları ayrı-ayrı idarəetma sahələrindəki ictimai münasibətləri tənzimləyir. Bu münasibatlərə daxildir: maliyyə idarəetmasi sahəsində münasibətlər; gömrük idarəetməsi sahəsində münasibatlər; vergi idarəetməsi sahəsındə münasibətlər; səhiyyə idarəetmesi sahəsində münasibətlər; təhsil idarəetməsi sahəsində münasibətlər; madaniyyet idareetmesi sahesinda münasibatler; müdafie va milli tehlükesizlik idarəetməsi sahəsində münasibətlər və s.


İnzibati hüquq münasibətləri və onların subyektləri. İcra hakimiyyət orqanlarının fəaliyyəti prosesində, ayrı-ayrı dövlət idarəetmə sahələrində müxtəlif ictimai münasibətlər əmələ gəlir. Bu münasibətlər yuxarı dövlət idarəetmə (icra) orqanları ilə aşağı dövlət idarəetmə orqanları arasında, habelə həmin orqanlarla təşkilat və vətəndaşlar arasında yarana bilər. Həmin münasibatlər hüquq normaları ilə tənzimlənərək inzibati hüquq münasibətləri formasını alır.

İnzibati hüquq münasibatləri dedikdə, icra hakimiyyati orqanlarının fəaliyyəti prosesində, dövlət idarəetma sahələrində yaranan və hüquq normaları ilə tənzimlənən ictimai münasibətlər başa düşülür.


İnzibati hüquq münasibəti hüquq münasibətinin bir növüdür. Buna görə də o, öz daxili quruluşuna (strukturuna) görə üç elementdən (tərkib hissesindən) ibarətdir.
Məzmun inzibati hüquq münasibətinin elementlərindən biridir, inzibati hüquq münasibətinin məzmunu dedikdə, subyektlərin hüquq və vəzifələri başa düşülür. Subyektlər qarşılıqlı olaraq hüquqlara malik olub, vəzifələr daşıyırlar. Məhz qarşılıqlı hüquq və vəzifələrin olması dövlət idarəetmə prosesinin qurulmasına imkan verir.
Obyekt inzibati hüquq münasibətinin elementlərindən biridir, inzibati hüquq münasibətinin obyekti rolunda icra hakimiyyət orqanlarının fəaliyyəti və onların davranışı çıxış edir. Məhz həmin fəaliyyət və davranışla bağlı olaraq inzibati hüquq münasibəti əmələ gəlir.
Subyektlər inzibati hüquq münasibətinin elementləri sırasına daxildir. İnzibati hüquq münasibətinin subyektləri dedikdə, həmin ınünasibətdə çıxış edən iştirakçılar başa düşülür. Onlar hüquqlara malik olub, vəzifələr daşıyırlar.
İcra hakimiyyəti (dövlət idarəetmə) orqanı inzibati hüquq münasibətinin məcburi və labüd subyektidir. Bu, o deməkdir ki, inzibati hüquq münasibtinin tərəflərindən biri hökmən
və mütləq icra hakimiyyət orqanı olmalıdır. Vətəndaş və təşkilatlar bu və ya digər məsələni həll etmək üçün məhz həmin orqana müraciət edirlər. Məsələn, müvafiq qurumu dövlət qeydiyyatına götürmək üçün təsisçi (vətəndaş) dövlət orqanına (Ədliyyə Nazirliyinə) müraciət edir. Bu zaman inzibati hüquq münasibətinin bir tərəfində icra hakimiyyət orqanı çıxış edir. Vətəndaşın nikaha daxil olması qeydiyyata alınan hallarda da yaranan inzibati hüquq münasibətinin bir tərəfində icra hakimiyyati orqanı iştirak edir. Vətəndaş pensiya almaq üçün müraciət edandə də belə vəziyyət yaranır.
İnzibati hüquq münasibəti subyektlərinin dairəsi kifayət qədər genişdir. Onlara aiddir.

  • icra hakimiyyət orqanlan;

  • fiziki şəxslər;

  • müəssisə, təşkilat, idarə və içtimai birliklər.

İcra hakimiyyəti orqanları inzibati hüquq münasibətlərinin əsas və başlıca subyekti hesab olunur. İcra hakimiyyəti orqanları dedikdə, dövlət idarəetmə orqanları başa düşülür. Bu orqanlar dövlət idarəetmesi sahəsində fəaliyyət göstərir.
Dövlət idarəetməsi dedikdə, dövlət orqanlarının icra və sərəncam fəaliyyəti başa düşülür. Onun əsas təyinatı qanunları və digər qanunvericilik aktlarını icra etməkdən, yeni həyata keçirməkdən ibarətdir. Dövlət idarəetməsi dövlət işlərinin idarə edilməsinin başlıca sahəsidir. Onu dövlət idarəetmə orqanları həyata keçirir.
Dövlət idarəetme orqanları zahirən icra hakimiyyətini təmsil edir. İcra hakimiyyəti məhz bu orqanların vasitə və köməyi ilə həyata keçirilir. Buna görə dövlət idarəetme orqanlarını həm də icra hakimiyyət orqanları adlandırırlar. Onlar eynimənalı (sinonim) anlayışlardır. Digər tərəfdən dövlət idarəetmə orqanlarının əsas və başlıca funksiyası qanunları və digər qanunvericilik aktlarını (məsələnn, prezident fərmanlarını, Nazirlər Kabinetinin qərarlarını və s.) icra etməkdan ibarətdir.
Dövlət idarəetmə orqanları (icra hakimiyyəti orqanları) müəyyən sistem halında birləşməsidir. Həmin sistemə aiddir:

  • prezident;

  • Nazirlər Kabineti;

  • mərkəzi icra hakimiyyəti orqanları;

  • yerli icra hakimiyyəti orqanları.

Prezident dövlət idarəetme (icra hakimiyyəti) orqanlarına rəhbərlik edir. O, icra
hakimiyyətinin başçısıdır. İcra hakimiyyəti prezidentə mənsubdur. Prezident, icra hakimiyyəti sahəsində vacib və mühüm səlahiyyətlərə malikdir.
Nazirlər Kabineti icra hakimiyyətini həyata keçirir, dövlət idarəetmə orqanları sisteminə daxil olan orqanların fəaliyyətinin əlaqələndirilməsini təmin edir, həmin orqanların fəaliyyətini birləşdirir, istiqamətləndirir və yoxlayır. Nazirlər Kabineti onun tabeliyində olan icra hakimiyyəti orqanlarına rəhbərliyi həyata keçirir, onların fəaliyyətinə nəzarət edir.
Azərbaycan Respublikasının Konstitusiyası iqtisadi və sosial inkişafın müxtəlif sahələrində Nazirlər Kabinetinin əsas səlahiyyətlərini müəyyən edir.
Mərkəzi icra hakimiyyət orqanları dedikdə, nazirliklər, dövlət komitələri, baş idarələr və digər qurumlar başa düşülür. Bu orqanlar prezidentin fərmanı ilə yaradılır, yenidən təşkil olunur və ləğv edilir. Məsələn, prezidentin fərmanı ilə İqtisadi İnkişaf Nazirliyi, Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və s. kimi yeni nazirliklər yaranmışdır. Prezident mərkəzi icra hakimiyyət orqanlarının sisteminin (strukturunun) təkmilləşdirilməsi və qaydaya salınması üçün vaxtaşırı fərmanlar verir.
Mərkəzi icra hakimiyyəti orqanları içərisində güc strukturları (nazirlikləri) xüsusi rola malikdir. Söhbət Müdafiə Nazirliyindən, Daxili İşlər Nazirliyindən və Milli Təhlükəsizlik Nazirliyindən gedir. Bu nazirliklər icra hakimiyyətinə xüsusi güc verir.
Mərkəzi icra hakimiyyəti orqanları özlərinin əsasnamələri əsasında fəaliyyət göstərir. Əsasnamə onların hayata keçirdikləri fəaliyyətin hüquqi əsasını təşkil edir. Bu hüquqi sənəddə mərkəzi icra hakimiyyəti orqanlarının səlahiyyət və funksiyaları göstərilir, onların hüquqi statüsü müəyyənləşdirilir.
Yerli icra hakimiyyəti orqanları icra hakimiyyəti orqanlarının (dövlət idarəetmə orqanlarının) vahid sisteminə daxil olan odandır. Yerli icra hakimiyyəti orqanları dedikdə, icra hakimiyyəti başçıları başa düşülür. Yerli icra hakimiyyəti başçıları yerlerdə icra hakimiyyətini həyata keçirirlər. Onları vazifəyə prezident təyin və azad edir. Yerli icra hakimiyyəti başçıları dövlət idarəetmesini yerlərdə həyata keçirən əsas orqandır. Onların fəaliyyətinin hüquqi əsasını «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamə (1999) təşkil edir.
Yerli icra hakimiyyəti başçılarının səlahiyyətlari prezident tərəfindən müəyyən edilir. Onlar prezidentin qarşısında məsuldurlar. İcra hakimiyyət orqanlan dövlət hakimiyyət səlahiyyetlərine malik olan orqanlardır. Onlar inzibati siyasi, sosial-mədəni və müəyyən dərəcədə
istehsal-əmək fəaliyyətinə rəhbərliyi həyata keçirirlər.

Yüklə 408,06 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin