Mövzu 2: HÜquq sistemiNİn konstitusiya əsaslari



Yüklə 408,06 Kb.
səhifə81/82
tarix26.11.2023
ölçüsü408,06 Kb.
#136505
1   ...   74   75   76   77   78   79   80   81   82
H-QUQ-S-STEM-N-N-KONST-TUS-YA-SASLARI

İnzibati xətanın obyekti dedikdə, qəsdlərdən qorunan ictimai münasibətlər başa düşülür. Məsələn, vətəndaş öz qonşusunun qiyməti əlli manat olan geyim şeylərini oğurlayır (oğurlama yolu ilə xırda talama). Belə halda inzibati xəta göz qabağındadır. Onun obyekti mülkiyyət münasibətidir.
İnzibati xətanın obyektiv cəhəti dedikdə, inzibati məsuliyyətə səbəb olan əməlin xarici (görünən, müşahidə edilən) tərəfi başa düşülür. Həmin əməl iki formada törədilir: hərəkət formasında (məsələn, meşə fondu sahalarində özbaşına ot biçilməsi və mal-qara otarılması və ya xırda oğurluq və s.); hərəkətsizlik formasında (məsələn, statistik məlumatların verilməməsi).
İnzibati xətanın subyektiv cəhəti dedikdə, şəxsin inzibati xətanın törədilməsi ilə bağlı psixi fəaliyyəti başa düşülür. O, inzibati məsuliyyətə səbəb olan amalin daxili tərəfidir. Təqsir inzibati xətanın subyektiv cəhətinin mühüm hissəsi olub, onun məzmununu əhata edir.
Təqsir dedikdə, şəxsin törətdiyi və inzibati məsuliyyətə səbəb olan əməlinə psixi münasibəti başa düşülür. Onun iki forması vardır: qəsd (məsələn, zor tətbiq etməklə işçini tətillərdə iştirak etməyə məcbur etmə və ya meşə fondu torpaqlamı özbaşına tutmaq və s.); ehtiyatsızlıq.
İnzibati xətanın subyekti dedikdə, qanunla müəyyən edilən yaş həddinə çatmış fiziki və anlaqlı şəxs, habelə hüquqi şəxs başa düşülür. Fiziki şəxslər yalnız o halda inzibatı rnəsuliyyətə cəlb edilə bilərlər ki, inzibati xəta törədərkən onlann on altı yaşı tamam olsun. Diğər tərəfdən yalnız anlaqlı şəxslər inzibati xətanın subyekti ola bilərlər. İnzibati xəta törədən zaman şəxs anlaqsız vəziyyətdə olduqda, inzibati məsuliyyətə cəlb edilmir. Anlaqsız vəziyyətdə olmaq dedikdə, xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və başqa psixi xəstəlik nəticəsində fiziki şəxsin öz əməlinin faktiki xarakterini və ictimai təhlükəsizliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olmaması başa düşülür.
Hüquqi şəxsler də inzibati xətanın subyekti ola bilər. Onlar inzibati xətalara görə inzibati rnəsuliyyətə cəlb edilir.
İnzibati xəta tərkibinin bütün əlamətləri mövcud olduqda təqsirkar şəxsə inzibati tənbeh tətbiq edilir.

Yüklə 408,06 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin