Mövzu: 2 Roma İmperiyasında quldarlıq quruluşunun böhranı və feodal münasibətlərinin yaranması Plan



Yüklə 221 Kb.
səhifə13/24
tarix01.01.2022
ölçüsü221 Kb.
#104383
1   ...   9   10   11   12   13   14   15   16   ...   24
Burqund krallığı

457-ci ildə Qərbi Roma imperiyası ərazisində - Rona və Sona çayları vadisində yeni barbar dövləti – Burqund krallığı yarandı. Bu dövlətin paytaxtı Lion idi. Bu krallıq şərqi alman tayfalarından olan burqundların ilk dövləti deyildi. Burqundlar, güman olunduğuna görə, əvvəllər Bornholm (Burqundarholm) adasında yaşayırmışlar. Burdan cənuba doğru hərəkət edən burqundlar 5-ci əsrin əvvəllərində (406) Reynin orta boyunda (sol sahilində) məskən saldılar. Burda paytaxtı Vorms olan ilk Burqund krallığı yarandı. Lakin bu dövləti 436-cı ildə hunlar dağıtdılar. Bundan sonra burqundlar Roma imperiyasının müttəfiqi kimi indiki Savoyya ətraflarında məskən saldılar. Lakin Roma dövləti zəiflədikcə onlar Rona hövzəsinə doğru yayıldılar və burda ikinci dəfə krallıq yaratdılar. Rona və Sona vadisindəki Burqund dövlətini 534-cü ildə franklar dağıtdılar.




Yüklə 221 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin