Mövzu: 2 Roma İmperiyasında quldarlıq quruluşunun böhranı və feodal münasibətlərinin yaranması Plan


Mövzu: IV Barbarlar və onların ictimai quruluşu



Yüklə 221 Kb.
səhifə6/24
tarix01.01.2022
ölçüsü221 Kb.
#104383
1   2   3   4   5   6   7   8   9   ...   24
Mövzu: IV

Barbarlar və onların ictimai quruluşu

Plan

  1. Keltlər

  2. Qədim alman tayfaları

  3. Slavyanlar



Ədəbiyyat

1.Y.Mahmudov. Orta əsrlər tarixi. Bakı, 2012.

2.Y.Mahmudov. Orta əsrlər tarixi. Ruscadan Azərbaycan dilinə tərcümə. Bakı, 2010.

3.Y.Mahmudov, N.Zeynalov. Orta əsrlər tarixi. Metodiki vəsait. Bakı, 2010.

4. Vaynşteyn O.L. İstorioqrafiya srednix vekov. M, 1940.

Qədim yunanlar, daha sonra isə romalılar onlara məlum olmayan dildə danışan xalqlara “barbar” deyirdilər. Romalılar ən çox qədim alman tayfalarını barbar adlandırırdılar. “Barbar” sözü sonralar başqa xalqların da dilinə keçmişdir. Tarix ədəbiyyatında barbar termini Roma imperiyasına hücum edən müxtəlif mənşəli tayfaların hamısına aid edilir. Barbar tayfaları Roma imperiyası ərazisində feodal münasibətlərinin inkişafında mühüm rol oynamışdılar. Qədim romalılara tanış olan ən iri barbar tayfaları keltlər, qədim almanlar, hunlar və slavyanlar idilər.



Keltlər

Avropanın ən qədim sakinlərindən olan keltlər əsasən İtaliyanın şimalında, Qalliya, İspaniya, Britaniya və İrlandiyada yaşayırdılar. Yunanlar onları keltlər, romalılar isə qalliyalılar adlandırmışlar. Qərbi Avropanın demək olar ki, hər yerinə səpələnmiş keltlır hətta Kiçik Asiyaya da keçmişdilər. Müxtəlif kelt tayfaları ilə əlaqədar adlar dövrümüzə qədər qalmışdır. Məsələn: Kiçik Asiyadakı Qalatiya qalatlarla, Bohemiya boylarla, Sena senonlarla, Belçika belqlərlə, Britaniya və Bretan britlərlə, İrlandiya irlərlə əlaqədardır. Alp, Reyn, Dunay kimi coğrafi adlar, german sözü və s. də keltlərdən qalmadır. Ən iri kelt tayfaları belvetlər, sekvanlar, linqonlar, edular, biburiqlər, arvernlər, allobroqlar və s. idi. Keltlər müxtəlif Avropa xalqlarının (fransızlar, ingilislər, ispanlar, irlandiyalılar və s.) formalaşmasında müəyyən rol oynamışlar.

Roma istilalarından sonra imperiya ərazisinə daxil olan yerlərdəki (Şimali İtaliya, Qalliya, İspaniya və s.) keltlər bu yerlərdə məskən salmış romalılarla qaynayıb-qarışdılar. Bununla yanaşı, həmin tayfalarda nəsli quruluş dağıldı, Romanın təsiri ilə quldarlıq münasibətləri inkişaf etdi.

Roma təsirinə demək olar ki, məruz qalmayan Britaniya və bu təsirdən kənarda qalan İrlandiya keltlərində isə nəsli qiruluş uzun müddət davam etdi. Britaniya və İrlandiyada yaşayan kelt tayfaları britlər, irlər, skotlar idilər. Bu tayfalar başqa kelt tayfalarına nisbətən tarix səhnəsində daha çox qaldılar. Buna görə də orta əsrlər tarixinin başlanğıcındakı bəzi tarixi hadisələr bu tayfalarla müəyyən qədər əlaqəlidi. Qalan kelt tayfalarının isə, qədim dünyadan fərqli olaraq, orta əsrlərdəki tarixi inkişafda o qədər də rolu olmamışdır.

Eramızın 5-ci əsrinədək Britaniyanın əsas əhalisi olan kelt tayfaları britlər adlanırdı. Avropanın quru hissəsindəki keltlərlə sıx əlaqədə olan britlər Yuli Sözarın Britaniyaya hücumları (e.ə. 55, 54-cü illər) ərəfəsində nəsli icmalar halında yaşayırdlar. Torpaq ayrı-ayrı nəsli qruplar arasında bölünsə də, icmanın mülkiyyətində idi. Torpaq üzərində xüsusi mülkiyyət yox idi. Roma istilaları ərəfəsində artıq sinifli cəmiyyətin rüşeymləri yaranırdı. İctimai bərabərlik pozulmaqda idi. İcma üzvləri içərisindən əyanlar ayrılırdı. Patriarxal köləlik inkişaf edirdi. Maldarlıq əsas təsərrüfat forması idi. Əkinçilik də mühüm rol oynayırdı. Əkinçilikdə kotandan istifadə edilirdi. Britlərdə toxuculuq, dulusçuluq, ibtidai metallurgiya inkişaf etmişdi. Avropa materiki ilə ticarət əlaqələri vardı. Ticarətdə yunan və roma pulları ilə yanaşı, britlərin öz pulları da işlədilirdi. Roma ağalığı dövründə ictimai təbəqələşmə nisbətən sürətlənsə də, bu proses başa çatmadı. Roma ağalığı başa çatandan (410) az sonra Britniyaya 5-ci əsrin ortalarından Şimali alman tayfaları olan anqllar, sakslar, yutlar və frizlər hücum etməyə başladılar. 7-ci əsrin əvvəllərində artıq ölkənin böyük hissəsi bu tayfalar tərəfindən işğal olunmuşdu.


Yüklə 221 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin