Mövzu 2 Strategiyanın hazırlanması prosesi və maragların təsiri


Təşkilati mədəniyyət və təşkilatın imici strategiyanı müəyyənləşdirən amil olaraq



Yüklə 1,01 Mb.
səhifə4/8
tarix31.12.2021
ölçüsü1,01 Mb.
#112542
1   2   3   4   5   6   7   8
Mövzu 2

Təşkilati mədəniyyət və təşkilatın imici strategiyanı müəyyənləşdirən amil olaraq. Təşkilati sosial mühit insanlardan (rəhbərlərdən, tabeçilikdə olanlardan, qeyri-formal liderlərdən, kolleqalardan) ibаrətdir. Təşkilati mədəniyyət insanların təşkilati mühitdəki davranışında təşəkkül tapır. Bu mənada təşkilati mədəniyyət dedikdə, təşkilatda işlənilib hazırlanmış və onun üzvlərinin məmnun qаldığı davranışların, adətlərin və gözləmələrin (ümidlərin) bütöv sistemi başa düşülür.

Mədəniyyət əvvəlcədən verilmir, qabaqcadan müəyyən edilmir. O - ictimai qarşılıqlı əlaqələrin nəticəsidir, əsasən öyrənmə yolu ilə ötürülür və saxlanılır. Mədəniyyət təşkilаtın daxilində davranış vasitəsilə aşkara çıxır. Mədəniyyəti təşkil edən davranş əksər modelləri birbaşa strategiyalar, planlar və proseduralar yolu ilə asan mənimsənilir.

Təşkilаtın imici onun həm daxilində, həm də xaricində əməkdaşların, alıcıların və ümümilikdə ictimai rəyin köməyi ilə yaradılan təssüratla müəyyən olunur. Bu təssürat təşkilata alıcıları uzun müddət qorumaq imkanı verir. Strateji planlaşdırma və idarəetmənin tətbiqi təcrübəsi göstərdi ki, ləşkilatda strateji planlaşdırmanın uğuru konkret planlaşdırma metodlarından başqa daha çox planlaşdırmanın həyata keçirdiyi mühitin ümıımi mədəniyyətindən asılıdır. Təşkilаtın mədəniyyəti və imici reputasiya (nüfuz) ilə möhkəmlənir və ya zəifləyir. Bu zaman bir sıra suallar meydana çıxır:

- Firma öz fəaliyyətində və məqsədlərə nail olmaqda ardıcıldırmı?

- Bu sahənin digər təşkilatlar ilə müqayisədə o necə görünür?

- O yaxşı insanları cəlb edirmi?

Zəif və güclü tərəfləri aşkar edib və amilləri öz əhəmiyyətililik səviyyələrinə görə ölçüb-biçən rəhbərlik təcili müdaxiləni təbb edən və yaxud gözləyə bilən, eləcə də təşkilаtın strategiyasının işlənib hazırlanmasında və reallaşdınlmasında istinad edilə bilən funksional zonaları müəyyən edə bilər.

Şirkətin strategiyası hazırlanarkən onun xarici mühitinin hər bir amilinin təsiri nəzərə alınmalıdır. Bu amillər həm birgə, hənudə ayrı-ayrılıqda hər bir şirkətə müxtəlif dərəcədə təsir göstərir. Bu müxtəliflik şirkət və müəssisələrin və-ziyyətlərində, bazar mövqelərində, imkan və məqsədlərindəki müxtəlifliklə izah olunur. Xarici mühit bu mühitdə fəaliyyət göstərən hər bir təsərrüfat subyekti üçün müəyyən şəraiti əks etdirir. Bu mühitin amilləri təsərrüfat subyektləri tərəfindən idarə edilmir. Beb ki, həmin mühit bütün iqtisadi subyektlərin və bütövlükdə cəmiyyətin fəaliyyətinin iqtbadi, siyasi, hüquqi və sosial cəhətləri ilə müəyyən edilir.

Cəmiyyətdə demokratikləşmə prosesi dərinləşdikcə həm tərəfdaş, həm də istehlakçı rolunda çıxış edən bütün iqtisadi subyektlər daha çox müstəqillik əldo edərək şirkətə və onun məhsullarına müxtəlif tələblərlə yanaşırlar. Cəmiyyətin şirkətlərə təsir dərəcəsi yüksəldikcə strategiyaların hazırlanmasında sosial tələblərin nəzərə alınmasının əhəmiyyəti artmağa başlayır. Təşkilatın strategiyasının sosial tələblərə cavab verməsi vəzifəsi aşağıdakıları nəzərdə tutur:

- İşgüzarlıq fəallığını cəmiyyətin maraqlan və etik normaları çərçivəsində rcaiaşdırmaq;

- Cəmiyyətin tələblərinə və sosial prioritetlərinə diqqətli reaksiya vermək;

- Tənzimləyici normalara riayət etmək;

- səhmdarlar və cəmiyyətin maraqları arasında balansın qorunması;


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin