Metonimiya.Daxili vəxariciəlaqələrəsasındamənanın bir sözdənbaşqa sözə keçirilməsi metonimiya adlanır. Məsələn, qabın içindəki əvəzinə qab sözü (Bir qab yedim); əsər əvəzinə əsərin müəllifinin adı (məs.; Mən Vurğunu əzbər bilirəm); adamlar əvəzinə məkan (kənd, məktəb, ölkə və s.) sözlər. (məs.; Kənd yuxudan yenicə oyanırdı. Məktəb yarışda birinci yerə çıxdı. Bütün ölkə ayağa qalxdı) və s. işlədilir.
Metonimiyanın metaforadan fərqi odur ki, birincidə sözlərin bənzərlik əlaqəsi, sonuncuda isə semantik tutumu əsas götürülür. Metonimiya dilin ifadəlilik imkanlarını artırır.
Sinekdoxa.Məcazın bu növündə eyni söz həm bütöv, həm də bütövünhissələrini bildirir. Sineqdoxanın daha geniş yayılmış forması sözün cəm əvəzinə təkdə işlənməsidir. Məsələn; Tələbənin (tələbələrin) vəzifəsi yaxşı oxumaqdır. Kiçik (kiçiklər) böyüyün (böyüklərin) yanında danışmaz; İxtisasını yaxşı biləni (bilənləri) işə qəbul edirlər vəs. Sinekdoxanın bir növündə şəxsi bildirmək üçünbədən üzvləri və ya paltar adı işlənir. Məs.: ağsaqqal, keçəl, ağbirçək, sarıköynək, çalpapaq, qırmızıpapaq və s.
Məcazi mənası sabitləşən bu sinekdoxalar dildə müstəqil leksik vahid kimi işlədilir.
Epitet.Epitet məcazi mənada işlənənobrazlı, bədii təyindir. Bu sözyunanca epithos sözündən olub mənası “əlavə” deməkdir. Burada əşya və hadisələrə məxsus əlamət oxşar olan başqa bir əşya və hadisəyə əlavə edilir. Məs.: çılpaq ləpələr, qoca dünya, qara gözlü gecə, ala gözlü gündüzlər, durna gözlü bulaqlar, şən ləpələr, saqqallı uşaq, ipək telli, durna ğözlü, nazlı bahar, göy gözlü dəniz, şən ləpələr, yorğun bulud, mərmər sinə, xəncər kirpik vəs.
“Şimali Midiyanın lətif təbiəti bağçaların boyuna biçdiyi yaşıl və çiçəkli donu tikib bitirmək üzrə idi. Kəpəz dağından əsən külək fəzada nazlanan buludları Xanəgah kəndinin meşələrinə doğru sürdüyü zaman şam ağacları da ağır-ağır başlarını əyirdi. Yağış bir saat əvvəl dayanmış, buludların suvardığı çöllər, meşələr, bağ-bağçalar gülürdü. Yasəmənlər dağınıq saçlarını yaşıl budaqların üstünə sərib qurudur, xanəndə bülbüllər qızıl gülün yanağından tərləri silmək üçün gül budaqlarını tərpədir, lalələr isə piyaləsinin qaldırıb bahar cəmiyyətinin şərəfinə içmək istəyirdi. Nərgizgülü şadlığından yaşlanmış gözlərini silərək bahar səhnəsinə tamaşa edir, bənövşələr başını çiyinlərinə qoyub düşünür, bəstəkar kəkliklər isə meşə səyahətinə çıxan gənc bir şairi qarşılamaq üçün salam musiqisini çalırdı” (M.S.Ordubadi). Bu nümunədəki ifadəlilik, ekspressivlik epitetlərin (eləcə də digər məcazların) vasitəsilə verilmişdir.
Epitetlər qüvvətli bədii təsvir vasitələrindəndir. Onlar bədii üslubun hər hansı bir janrında işlənərək müxtəlif xarakterli əşya və hadisələrin səciyyə-ləndirilməsinə xidmət edir. Məsələn,
Hər səhər, hər axşam, hər axşam, hər səhər Çox zaman sərsəri küləklər bixəbər Bir yığın dost kimi qapını döyərlər Küləklər, küləklər, bəstəkar küləklər Dünyanı dolaşan bəxtiyar küləklər. M.Müşfiq bu misralarda mənalı və təsirli epitetlərin köməyi ilə (sərsəri küləklər, bixəbər dost, bəstəkar küləklər, bəxtiyar küləklər) bu təbiət hadisəsini, onun xüsusiyyətlərini obrazlı şəkildə səciyyələndirir, küləklər haqda təəssüratı gücləndirir.