MÖVZU 5:Qan dövranına təsir edən tədbirlər.
Qan dövranına təsir tədbirləri bəzən vaxtında istifadə edildikdə,
xəstəliyin
gedişinə müsbət təsir edir.
BANKA VƏ ONUN İSTİFADƏSİ—yayındırıcı vasitədir. Təsir mexanizmi
dəriyə qoyulan zaman daxilində mənfi təzyiq yaranır nəticədə dəri bankanın
içərisinə sorulur, qan həmin nahiyəyə yığılır, qan damarları genişlənir və cırılır,
nöqtəvari qan sızmalar yaranır, bir biri ilə birləşir böyük
ocaqlar əmələ gətirir,
sonra isə sorulur. Sorulma məhsullarının qana sorulması qanyaradıcı orqanları
stimulə edir. Adətən ağ ciyər və bronxlarda iltihabi və durğunluq əlamətləri
olduqda, əzələlərdə, sinir kötüklərində ağrılı proseslərdə istifadə edilir. Əks—
göstəriş; dəri xəstəlikləri və qanaxmalar.
Bundan başqa müalicəvi aə diaqnostik məqsədlə də istifadə edilir.
Bu məqsədlə
kürəkarası və büzdüm nahiyələrinə qoyulur. Əvvəlcə, dəri
dezinfeksiyaedici məhlulla silinir, lazımi yerlərdə xırda və səthi kəsiklər edilir
və adi qayda ilə qoyulur. 5 dəq.dən artıq saxlanmır.
Bu müddət ərzində hər
bankaya 20—30 ml qan yığılır, bankalar özü qopub düşür,
həmin sahə təmiz
silinir, steril salfetkalar qoyulur.
XARDAL YAXMALARI. Yerli olaraq qan və limfanın çox axıb toplanması
məqsədilə işlədilir. Göstəriş olduqda, döş qəfəsi nahiyəsinə və ənsəyə qoyulur.
ZƏLİ və ondan istifadə qan dövranına təsir tədbirlərindəndir. Adətən, güclü baş
ağrıları ilə keçən hipertoniya xəstəliyində, baş gicəllənməsində,
insultönü vəziyyətlərdə istifadə olunur, bundan başqa, tromboflebitlərdə,
hemorroyda və bir sıra digər xəstəliklərdə istifadə olunur.
QURU VƏ YAŞ İSTİNİN TƏTBİQİ: titrətmədə, güclü soyuqdəymədə ümumi quru
istidən istifadə olunur. Bu zaman xəstəni isidilmiş quru ideyalarla bürüyürlər, və
qaynar isidicilər üzərinə qoyulur, aspirin verilir. 2-3 saatdan sonra paltarlarını
dəyişdirib, qurusu ilə əvəz edirlər. Bu məqsədlə quru hava vannalarında da
istifadə olunur. Bu qurğu üzərində elektrik lampaları olan yarı silindrlərdən
ibarətdir, hündürlüyü isə 75—100 sm olur. Xəstənin boynunu quru dəsmalla
örtürlər, başına soyuq kompres qoyulur xəstənin üzərində quraşdırılır. Belə
vannalardan 15—30 dəq istifadə olunur.
Nəm istinin tətbiqi böyrək xəstəliklərində, tərləməni artırmaq məqsədilə, bir
sıra sinir xəstəliklərində, yuxusuzluqda istifadə edilir.
İSİDİCİ KOMPRESS—adətən, yerli olaraq qan toplaqması məqsədilə, əzələ
gərginliyini aradan götürmək məqsədilə, iltihabi infiltratları sorulması, ağrıların