Riyazi modellərin işlənib hazırlanması və alınan qiymətin təhlili istiqamətində aşağıdakı əsas mərhələləri qeyd etmək olar:
Məqsədin qoyuluşu
Modelin mürəkkəblilik səviyyəsinin təyini
Modelin alqoritminin planlaşdırılması
Modelin parametrinin identifikasiyası
Modelin adekvatlığının yoxlanılması
Modelin sınağı
Modelin həssaslığının təhlili
Məqsədin qoyuluşu. Riyazi modelin işlənməsini qarşıya qoyulan məqsədin təyin olunmasından və həll ediləcək məsələlərin təhlilindən başlamaq lazımdır. Modelin işlənməsinin məqsədinin dəqiq qoyulması lazımi sadə variantların seçilməsi qərarının qəbul olunmasına kömək olar. Bu mərhələ çox vacib mərhələdir, çünki o modelin detallaşdırma dərəcəsini və onun xarakterinin modelləşdirmə obyektinə uyğun olmasını və nəticədə, riyazi tənliklərin seçilməsini təyin edir.