Mövzu Milli iqtisadiyyat və makroiqtisadi göstəricilər Plan


Təkrar istehsalın digər növü ictimai təkrar istehsaldır



Yüklə 0,65 Mb.
səhifə12/67
tarix01.01.2022
ölçüsü0,65 Mb.
#107546
1   ...   8   9   10   11   12   13   14   15   ...   67
Makroiqtisadiyyat--mühazirə əsas

Təkrar istehsalın digər növü ictimai təkrar istehsaldır. İctimai təkrar istehsal istehsal şərtlərinin təkrar istehsalı prosesidir. Məsələn, bu prosesdə biçilmiş (istifadə olunmuş) əkin yeri, kəsilmiş mal-qara, sıradan çıxmış avadanlıqlar və digərləri bərpa olunur. Qeyd olunduğu kimi, ictimai təkrar istehsal prosesi cəmiyyətdə fasiləsiz davam edən təsərrüfat, yaxud iqtisadi fəaliyyət prosesidir. Ümumiyyətlə, hər bir təkrar istehsal prosesi: istehsal, mübadilə, bölgü və istehlak kimi 4 mərhələni əhatə edir.

İctimai təkrar istehsalın başlanğıc nöqtəsini istehsal prosesi təşkil edir. İstehsal prosesini iqtisadi dövriyyənin əsası hesab etmək olar. Çünki onsuz digər mərhələlərin mövcudluğu və fəaliyyəti mümkün deyildir.

I. İstehsal fazası əsas və başlanğıc fazadır. Bu fazada yaradılan istehsalın maddi amilləri geniş təkrar istehsalın baş verməsini mümkün edir.

II. Bölgü fazası geniş təkrar istehsalın baş verməsi və fasiləsizliyinin təmin edilməsi üçün zəruri bir pillədir. Bu fazada ÜDM ödəmə fonduna, yığım fonduna və istehlak fonduna ayrılır. Bu fondların yenidən bölgüsü hesabına cəmiyyətin tələbatları ödənilir.

III. Mübadilə fazası. Bölünmüş məhsul mübadilə fazasını keçməklə istehlak fazasına daxil olur. İstehsalın maddi amillərinin və şəxsi amilinin alqı-satqısı nəticəsində təkrar istehsalın baş verməsi üçün imkan yaranır.

IV. İstehlak fazası təkrar istehsalın tamamlayıcı fazasıdır. Bu fazada məhsulun istehsal vasitələrindən ibarət olan hissəsi yenidən məhsuldar istehlaka, istehlak şeylərindən olan hissəsi isə şəxsi istehlaka daxil olur. Nəticədə təkrar istehsalın baş verməsi mümkün olur.




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin