Mövzu Milli iqtisadiyyat və makroiqtisadi göstəricilər Plan


Mövzu 12. Beynəlxalq valyuta münasibətləri



Yüklə 0,65 Mb.
səhifə60/67
tarix01.01.2022
ölçüsü0,65 Mb.
#107546
1   ...   56   57   58   59   60   61   62   63   ...   67
Makroiqtisadiyyat--mühazirə əsas

Mövzu 12. Beynəlxalq valyuta münasibətləri

Plan
1.Valyuta anlayışı və beynəlxalq valyuta münasibətlərinin əsasları.

2.Beynəlxalq valyuta sisteminin inkişaf mərhələləri.

3.Valyuta məzənnəsi və onun formalaşması.

4. Beynəlxalq valyuta-maliyyə strukturları. Beynəlxalq Valyuta Fondu.
Dünya ölkələri arasında xarici iqtisadi əlaqələrin daim artması və təkmilləşməsi beynəlxalq valyuta münasibətlərindən daha çox asılıdır. Beynəlxalq valyuta münasibətləri dünya ölkələri arasındla qarşılıqlı iqtisadi əlaqələrə xidmət edən dünya pulunun fəaliyyəti ilə bağlı olan iqtisadi münasibətlərdir. Ölkələr arasında müxtəlif istiqamətlərdə xarici iqtisadi əlaqələr genişləndikcə beynəlxalq valyuta münasibətləri də daim inkişaf edir və təkmilləşir.

Valyuta (İtalyanca- «Valuta», «qiymət», «dəyər») mənasını daşıyır. Valyuta hər bir dövlətin pul nişanıdır və qanunvericilik qaydasında müəyyən edilir. Məsələn, ABŞ-da dollar, Azərbaycanda manat, İngiltərədə funt-sterlinq, Yaponiyada ien və s. Hər bir ölkənin özünə məxsus olan milli pul sistemi mövcuddur və onun bir hissəsini valyuta resursları təşkil edir və beynəlxalq ödəmə vasitəsi kimi çıxış edir.

Dünya ölkələrinin milli valyutaları beynəlxalq valyuta mübadiləsində iştirakına görə bir-birindən fərqlənir. Milli valyuta bazarında bir ölkənin valyutasının başqa ölkənin valyutasına dəyişdirilməsi və ya alınıb satılmasına görə valyutalar üç növə ayrılır.

- tam dönərli (sərbəst dönərli qabiliyyəti olan);

- qismən dönərli;

- qeyri-dönərli (dönərlik qabiliyyəti olmayan).

Dünyada elə ölkələr vardır ki, onların valyutaları tam dönərli qabiliyyətinə malikdir. Belə valyutaları sərbəst olaraq istənilən ölkənin valyutasına dəyişdirmək olar. Bu proses valyutanın konvertləşdiridlməsi adlanır.Müasir şəraitdə Beynəlxalq valyuta fondunun üzvü olan 180 ölkədən 60 - nın valyutası tam çevrilə bilən valyutadır. Onlara: ABŞ dollarını, Avropa Birliyi ölkələrinin evrosunu, İngiltərənin funt-sterlinqini, Almaniya markasını və s. göstərmək olar.

Qismən dönərli valyutalara valyuta qanunlarına əsasən yalnız müəyyən sahələrdə dəyişdirilməsinə icazə verilən valyutalar aiddir. Dünyanın bir sıra ölkələrinin valyutaları dönərli qabiliyyəti olmayan valyutalar hesab olunur.

Dünya valyuta sistemi birdən-birə meydana gəlməmişdir. Belə ki, dünya təsərrüfat sisteminin təkamül yolu ilə formalaşması beynəlxalq valyuta sisteminin yaranmasına səbəb olmuşdur.

Dünya valyuta sistemi dünya bazarının inkişafı nəticəsində öz missiyasını genişləndirmiş dövlətlərarası razılaşma əsasında tənzimlənir. Dünya valyuta sisteminin əsas elementlərinə aşağıdakılar daxildir:

- Beynəlxalq ödəmə vasitəsi;

- valyuta kursunun yaranma müdafiə olunma mexanizmi;

- beynəlxalq ödəmələrin balanslaşdırılması qaydaları;

- valyuta mübadilə şərtləri;

- valyuta qızıl bazarlarının fəaliyyətinin tənzimlənməsi;

- beynəlxalq valyuta münasibətlərini tənzimləyən dövlətlərarası inistitutların hüquq vəzifələri.

Dünya ölkələri arasında təsərrüfat əlaqələrinin daim genişlənməsi beynəlxalq valyuta sisteminin inkişafı təkmilləşdirilməsinə təsir göstərir.1944- ildə Beynəlxalq Valyuta Fondunun (BVF) yaradılması, Avropa Valyuta sisteminin təşkil edilməsi dünya ölkələrinin nüfuzlu valyutalarının konvertləşdirilməsi prosesində mövcud olan çətinlikləri aradan qaldırdı. Hazırda dünya ölkələri milli valyutalarla yanaşı beynəlxalq əməliyyatlarda kollektiv valyutalardan da istifadə edirlər. Kollektiv valyuta (EKYİ) 1979-cu ildən Avropa iqtisadi birliyinə daxil olan ölkələr arasında hesablaşma pul vahidi kimi fəaliyyət göstərmiş, sonra Avro ilə əvəz olunmuşdur.

Ölkələrarası Beynəlxalq hesablaşmalarda valyuta klirinqindən istifadə olunur. Valyuta klirinqi-- mal göndərilməsi göstərilən xidmətlərin dəyərinin qarşılıqlı surətdə əmtəə xidmətlərlə ödənilməsi üzrə hökumətlər arası sazişdir.Beynəlxalq valyuta münasibətlərinin inkişafında beynəlxalq valyuta bazarı mühüm rol oynayır. Beynəlxalq valyuta bazarıdünya ölkələrinin bütün valyutalarının alqı-satqısı əməliyyatlarının aparıldığı bazardır.

Beynəlxalq valyuta bazarında valyuta məzənnəsi formalaşır. Valyuta məzənnəsi (kursu) dedikdə, bir ölkənin pul vahidinin digər ölkələrin pul vahidlərində ifadə olunmuş qiyməti nəzərdə tutulur. Valyuta məzənnəsi müxtəlif amillərin valyuta bazarına təsirindən asılı olaraq dəyişir. Valyuta bazarında valyuta kursu müəyyən edilərkən dünya bankının metodikası əsas götürülür. Yəni bu metodikaya görə 15 adda məhsulun hər iki ölkədə satış qiymətləri müqayisə olunur onun əsasında valyuta kursu müəyyən edilir. 15 adda məhsulların adları dünya təcrübəsinə əsasən qəbul olunur onların adları dəyişdirilir.

Valyuta kursuna təsir edən amillərə aşağıdakılar daxildir:

- alıcıların zövqündə əmələ gələn dəyişikliklər;

- əhalinin gəlirlərindəki fərqlər;

- inflyasiya səviyyəsinin dəyişməsi;

- real faiz dərəcəsinin dəyişilməsi;

- Beynəlxalq hesablaşmalarda valyutadan istifadə dərəcəsi s.

Milli valyutanın beynəlxalq valyuta rolunda çıxış etməsi ölkənin milli iqtisadiyyatına müsbət təsir göstərir. Çünki, beynəlxalq hesablaşmaların milli valyuta ilə aparılması xarici investisiyaların cəlb olunmasına, satış bazarının ələ keçirilməsinə, ölkəyə məxsus olan maddi, əmək maliyyə resurslarından səmərəli istifadə olunmasına təsir göstərir.

Milli valyutaların daxili xarici dönərlilik qabiliyyətinin fərqləndirmək lazımdır. Daxili dönərlilik dedikdə milli valyutanın ölkə daxilində hər bir əmtəə xidmətə çevrilmək qabiliyyəti nəzərdə tutulur. Xarici dönərlilik dedikdə isə qeyri-rezidentlər tərəfindən milli valyutanın istənilən xarici valyutaya (mövcud valyuta məzənnəsinə uyğun olaraq) diyişdirilməsi nəzərdə tutulur.

Ümumdünya təsərrüfatı sisteminin formalaşmasına uyğun olaraq beynəlxalq valyuta sisteminin inkişafının dörd mərhələsi vardır. Birinci mərhələsi XIX-XX əsrlərdə kortəbii surətdə qərarlaşan «qızıl standart» valyuta sistemidir. Bu dövrdə beynəlxalq valyuta-kredit sistemində mərkəzi yeri qızıl tuturdu. Hər bir ölkənin qızıl standartına uyğun olaraq milli valyutası daxili bazarda sərbəst şəkildə qızıla çevrilirdi. Ölkə daxilində pul kütləsi ilə qızıl ehtiyatı arasında nisbət gözlənilirdi qızılın sərbəst idxal ixracında heç bir maneə yox idi.

Beynəlxalq valyuta sistemini aşağıdakı sxem əsasında müəyyən etmək olar.


Valyuta kursu sistemi

Fəaliyyət dövrü

Sistemin tipləri

Valyuta kursunun rejimi

Qızıl standart

sistemi

XIX əsrin axırı-XXəsrin 30-cu illərinin ortası

Qızıl standart


Valyuta kursunun paritetinin qızıl üzrə müəyyənləşdirilməsi

Bretton- Vuds

sistemi

1940- illərin ortası 70-ci illərin əvvəli

Qızıl dollar standartı

Mövcud bazarda formalaşmış valyuta kursunun dollara qızılın rəsmi qiymətinin dollara nisbəti üzrə müəyyən olunmuş valyuta kursu

Üzən valyuta kursu sistemi

(Yamayka valyuta sistemi)

1971-ci ildən dolların qızıla konvertləşməsinin

rəsmi ləğvi.

Çox valyutalı

standart

Regional valyuta qrupları çərçivəsində onların qarşılıqlı əlaqəsində idarə olunan üzən valyuta kursu



Beynəlxalq valyuta sistemi.
Qızılın nadir (nəcib) metal olması, tədavüldə hərəkətinin çətinlik törətməsi, pul kütləsinin azalması və s. amillərlə bağlı olaraq kağız pulların dövriyyəyə buraxılması obyektiv zərurətə çevrildi. Qızıl standartı dövriyyədə ayrı-ayrı ölkələrin milli valyutalarının qızıla nisbətinə görə müxtəlif olmuşdur. Məsələn, qızıl standartı sistemində 1 ABŞ dolları 23,22 qram qızıla, İngiltərədə 1 fund sterlinq 113,00 qram xalis qızıla və s. bərabər tutulurdu.

Bu sistemin xarakterik cəhətlərindən biri də ondan ibərətdir ki, bəzi ölkələr məhsul ixracına daha çox üstünlük verərək ölkəyə qızıl axınına nail olurdular.

Beynəlxalq valyuta sisteminin ikinci mərhələsi XX əsrin 30-cu illərindən başlayaraq 50-60-cı illərdə başa çatmışdır.Bu sistemin Bretton-Vuds valyuta sistemi (tənzimlənən valyuta məzənnəsi) adlanır. 1944-cü ildə dünya ölkələri beynəlxalq valyuta sisteminin tənzimləmək məqsədilə ABŞ-ın Bretton-Vuds şəhərində beynəlxalq konfrans keçirmişdir. Konfransda köhnə sistemin üstünlüklərini saxlamaq yolu ilə nəzərə çarpan çatışmazlıqları aradan qaldırmaq haqqında qərar qəbul olunmuşdur. Bu sistemə əsasən ABŞ dolları və ingilis funt sterlinqi beynəlxalq ödəniş vasitəsi kimi qəbul edildi, ehtiyat valyutanın qızılla rəsmi məzənnəsi müəyyən edildi. Bretton-Vuds Konfransının qərarı ilə Beynəlxalq Valyuta Fondu (BVF) yaradıldı və kapitalist ölkələri arasında valyuta məzənnələrini tənzimləməklə məşğul olmağa başlandı. ABŞ dolları qızıla və başqa ölkələrin milli valyutaları ilə mübadilə olunmaq funksiyasına malik oldu. Bretton-Vuds valyuta sistemi ABŞ iqtisadiyyatında bir sıra geriləmələrə səbəb oldu. Xüsusilə, 50-60-cı illərdə ABŞ-ın tədiyyə balansı mənfi saldoya malik olmuş, xarici nümayəndələrin daha çox dollara malik olması ABŞ qızılının başqa ölkələrə axmasına səbəb olmuşdur. 70-ci illərdə bu problem daha da kəskinləşməyə başlamışdır. 15 avqust 1971-ci ildə ABŞ prezidenti R.Nikson tərəfindən dolların qızıla bərabər tutulması prosesinin qarşısı alındı və 35 dolların 1 unsiya qızıla dəyişdirilməsi dayandırılıdı. Beləliklə, 1971- 1973-cü illərdə tənzimlənən valyuta məzənnəsi sistemi tamamilə dağıldı.

Üçüncü valyuta məzənnəsi sistemi 1976-cı ildə BVF üzvləri arasında Kinqostonda (Yamayka) keçirilmiş müşavirədə qəbul edilmişdir. Bu sistem «üzən» valyuta məzənnəsi adlanır. Bu sistemin mahiyyəti ondan ibarətdir ki, bütün valyuta vahidlərinin qızılla mübadilə olunma əlaqələri tamamilə aradan qalxır. BVF-na üzv olan ölkələr «sabit» və ya «üzən» məzənnə sistemində sərbəst iştirak etmək imkanı əldə etdilər ABŞ, Kanada, İngiltərə,Yaponiya və digər inkişaf etmiş ölkələr tələb və təklifdən asılı olaraq sərbəst valyuta məzənnələrini müəyyən etdilər və bu sistemdə ABŞ dolları mütləq üstünlük qazandı.

Beynəlxalq valyuta sisteminin tərkib hissələrindən biri də Avropa ittifaqı ölkələrinin valyuta sistemidir.Bu sistem 1979-cu ilin mart ayında Avropa İttifaqı ölkələrinin qarşılıqlı razılaşmalar əsasında yaradılmışdır. Belə ki, həmin ildə EKÜİ bu ittifaqa daxil olan ölkələrin hesablaşma vasitəsi olan kollektiv valyuta kimi dövriyyəyə buraxılmışdır. EKÜİ-nin dövriyyəyə buraxılmasının üstünlükləri bunlardır:

-Avropa Birliyinə daxil olan ölkələrin valyutalarının sabitliyinin saxlanılması;

- iqtisadi inkişaf prosesində həmin ölkələrin iştirakına maliyyə təminatı verilməsi;

- Aİ ölkələrinin ABŞ dollarının təsirindən xilas olunması.

- Avropa valyuta məzənnəsi sistemində Aİ-yə daxil olan ölkələr arasında 1 yanvar 2002-ci ildən etibarən «avro» banktnotları dövriyyə buraxılmışdır. «Avro» pul vahidi Aİ-yə daxil olan ölkələrin əlaqələrinin daha da genişlənməsinə, onların iqtisadi potensialının artmasına təsir göstərir.

Azərbaycan Respublikasında 15 avqust 1992-ci ildən etibarən milli valyuta - manat dövriyyəyə buraxılmışdır. 1994-cü ildən etibarən «valyuta tənzimlənməsi» haqqında qanun qəbul edilmiş, ona uyğun olaraq milli valyutanın xarici valyutalarla mübadilə nisbəti, onların tənzimlənməsi mexanizmi və əhalinin alıcılıq qabiliyyətinə təsiri müəyyən edilmişdir.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin