Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan


A.  Smitin mülahizələrinə görə, sahibkar, yeni kapitalın mülkiyyətçisi kimi hər



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə4/115
tarix02.06.2023
ölçüsü1,35 Mb.
#127637
1   2   3   4   5   6   7   8   9   ...   115
M?vzu¹ Sahibkarl?q f?aliyy?tinin mahiyy?ti, n?vl?ri v? innovasiy

    Bu səhifədəki naviqasiya:
  • Bodo
A. 
Smitin mülahizələrinə görə, sahibkar, yeni kapitalın mülkiyyətçisi kimi hər 
hansı konversiya ideyalarının reallaşması və mənfəət əldə edilməsi üçün riskə 
gedir. 
Bu zaman sahibkarlıqdan əldə edilən gəlir. A. Smitə, görə mülkiyyətçinin 
riskə görə əldə etdiyi kompensasiyadır. Sahibkar istehsalı özü təşkil edir və 
planlaşdırır, həmçinin istehsal fəaliyyətini həyata keçirir onun nəticələrinə sərəncam 
verir. 
D. Rikardo isə kapitalizmi ən təbii və mütləq istehsal üsulu kimi qəbul edir, 
sahibkarlıq fəaliyyətini isə təsərrüfatçılığın səmərəliliyinin məcburi elementi hesab 


edir. K. Marksın iqtisadi nəzəriyyəsinin əsasını isə tamamilə alternativ baxış təşkil 
edir. Belə ki, o, sahibkarlıq fəaliyyətinə kapitalizmdən doğan istimarçı alət kimi 
baxırdı. 
XIX-XX əsrlərdə dünya iqtisadiyyatında sahibkarlıq fəaliyyətinin rolu və 
əhəmiyyəti getdikcə daha dərindən dərk edilməyə başlandı. Fransız iqtisadçısı Andre 
Marşall ilk dəfə olaraq istehsalın yuxarıda göstərilən üç klassik faktoruna (torpaq, 
kapital, əmək) dördüncü faktoru da - təşkilatçılıq qabiliyyətini də əlavə etdi. 
Amerikan iqtisadçısı C. Klark, J. Seyin üçvalentli formulunda müəyyən 
dəyişikliklər etdi. Onun fikrincə, istehsal prosesində dörd faktor iştirak edir. Bunlar 
aşağıdakılardır: 
1. Kapital;
2. İstehsal vasitələri və torpaq;
3. Sahibkarlıq fəaliyyəti;
4. İşçi qüvvəsi.
 
Bu faktorların hər biri istehsaldan əldə edilən gəlirdə özünəməxsus xüsusi çəki 
təşkil edir. Belə ki, kapital kapitalistə faiz; istehsal vasitələri və torpaq - renta
sahibkarlıq fəaliyyəti - mənfəət gətirir; işçi qüvvəsi isə əmək haqqı ilə təmin edilir.
Məşhur Amerika iqtisadçısı İozef Şumpcter “İqtisadi inkişafın nəzəriyyəsi” adlı 
kitabında sahibkarlıq fəaliyyətini kapitalist iqtisadiyyatında iqtisadi artımın təmin 
edilməsində başlıca hərəkətverici qüvvə hesab etmişdir. Bu problemə ingilis 
iqtisadçısı, 1974-cü ildə iqtisadiyyat üzrə Nobel mükafatı almış F. Xayek yenidən 
qayıtmış və onun fikrincə, sahibkarlığın mahiyyəti heç də bu qeyd edilənlərlə 
məhdudlaşmır. O, sahibkarlığı heç də bu və ya digər fəaliyyət növü kimi deyil, 
əksinə, yeni iqtisadi imkanların axtarılması və öyrənilməsi kimi xarakterizə edirdi. 
Sahibkarlığı xarakterizə edərkən onu daha çox idarəetmə fəaliyyətilə 
əlaqələndirirlər.


Bununla yanaşı, sahibkarlığı bəzən menecerlə də eyniləşdirirlər. Sahibkarlığın 
hər iki fəaliyyət növü müxtəlif funksiyaları həyata keçirir. Sahibkarlıq geniş mənada 
idarəetmə fəaliyyəti, menecment isə səmərəli idarəetmə olub onun gündəlik 
fəaliyyətini təşkil edir. Onlardan biri mülkiyyətçi, digəri isə idarə edən olsa da, 
“sahibkar” və “menecer” anlayışları çox hallarda eyni mahiyyət kəsb edir. Bir çox 
hallarda mülkiyyətçilər menecer funksiyalarını da yerinə yetirirlər. Lakin təsadüfi 
hallarda menecerlər istehsal vasitələrinin mülkiyyətçiləri olurlar. Sahibkarlıq 
dedikdə elə fəaliyyət növü başa düşülür ki, bu zaman xüsusi şəxslər, müəssisə və 
təşkilatlar məhsul istehsal etmək, xidmətlər göstərilməklə sərfəli şərtlərlə qarşılıqlı 
məhsul mübadilələri həyata keçirirlər.
Bəzi iqtisadçılar “sahibkarlıq fəaliyyəti” və “sahibkar” terminlərini müxtəlif 
aspektlərdən şərh edirlər. 
-Riçard Kantilyon: sahibkar - risk şəraitində fəaliyyət göstərən insandır; 
Bodo: sahibkar - müəssisədə istehsalı təşkil edən, onu planlaşdıran, nəzarət 
edən və bunun üçün məsuliyyət daşıyan şəxsdir; 
Frensis Uoker: sahibkar dedikdə - öz təşkilatçılıq qabiliyyəti ilə mənfəət və 
faiz əldə edən şəxs nəzərdə tutulur


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin